Keçid linkləri

İran rejimi bəşəriyyətə qarşı cinayətdə ittiham olunur


Ali Khamenei İran İslam İnqilabının lideri Ruhollah Khomeininin arxasınca gəlir (1979)

Ali Khamenei İran İslam İnqilabının lideri Ruhollah Khomeininin arxasınca gəlir (1979)

-
Beynəlxalq Tribunalın yenicə açıqlanmış hökmündə 1979-cu il İran İslam İnqilabından bəri hakimiyyətdə olan rejim bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub.
Ötən oktyabr ayında Haaqanın Sülh Sarayında keçirilmiş İran Tribunalının hökmü bu
həftəsonu elan edilib.
İran hökumətinin opponentləri bildirirlər ki, belə bir hökm İslam Respublikasını 1980-ci
illərdə törədilmiş kütləvi qətllərə görə hüquqi baxımdam məsul edir.
Hüquqşünaslar deyirlər ki, bu qərar, Beynəlxalq Cinayətlər Məhkəməsinin 2002-ci il tarixli Roma Qanununa əsasən bütöv bir ölkənin beynəlxalq qanunları pozması barədə hökm çıxarılması kimi presedent yaradır.
Tribunalın qərarında deyilir: “dinləmələrdə verilmiş ifadələr belə bir faktı isbat edir
ki, cinayətlər ali dini rəhbərdən tutmuş həbsxanalarda edamları icra edənlərədək İran
Respublikasının agentləri tərəfindən, beynəlxalq qanunlara zidd olaraq törədilmişdir”.
İran Tribunalının ittihamçıları Tehranı “insan haqlarının nəhəng miqyaslarda pozulmasında” günahlandırmışlar.
BİR FİTVANIN MİNLƏRLƏ QURBANI
Buraya 1988-ci ildə 5 min, 1981-1984-cü illərdə 12 min siyasi məhbusun edamı, fiziki
və psixoloji işgəncələr, siyasi dissidentlərin, etnik və dini azlıqların təqibi, azadlıqdan
məhkəməsiz məhrumetmələr, tələm-tələsik qondarma məhkəmələr, qəddar, qeyri-insanı və alçaldıcı rəftar daxildir.
Tribunalın hökmündə deyilir ki, pozuntular dövlət rəsmiləri, hakimlər, prokurorlar, həbsxana rəsmiləri, işgəncə verənlər və dindirənlər tərəfindən dövlət idarələrinin divarları arasında və dövlət rəsmilərinin birbaşa göstərişləri əsasında icra edilmişdir.
Tribunalın hökmündə bir məqam maraqlıdır ki, insan haqlarının pozulması yeganə mərkəz - hakimiyyət tərəfindən törədilib və bu, bütöv bir ölkəni – İranı məsul etmək imkanı yaradır.
İran Tribunalının sənədlərində deyilir ki, minlərlə siyasi məhbus ali dini rəhbər Ayətullah
Khomeini-nin fitvası əsasında icra edilmişdir.
Şahidlər Tribunala onlara qarşı törədilmiş işgəncələr və təqiblıər haqqında təfərrüatlı
məlumat vermişlər.
Bu məlumatlardan bəlli olur ki, 1980-ci ildə və 1988-ci ilin yaylında Khomeini-nin fitvası ilə minlərlə adam ucdantutma edam edilmişdir.
Şahidlər həmçinin İran həbsxanalarındakı ölüm dəhlizlərindən, bir neçə dəqiqə çəkən
qondarma məhkəmələrdən və psixoloji işgəncə növü olan “məsxərə edamlar”dan danışmışlar.
Məhkəmə dinləməsini beynəlxalq insan haqları üzrə təcrübəli hakimlər aparıblar.
İran hökuməti bu məhkəmədə iştirak etməkdən boyun qaçırıb.
İranda etiraz aksiyası - 1989

İranda etiraz aksiyası - 1989

Ekspertlər deyirlər ki, bu, hazırda hakimiyyətdə olan rejim barədə çıxarılan ilk belə hökmdür.
“İSLAM SREBRENNİTSASI”
Əlavə məlumat üçün deyək ki, sözügedən Tribunal vaxtilə Bertrand Russel və Jean-Paul
Sartre-ın təşəbbüsü ilə Amerikanın Vyetnamdakı hərbi cinayətlərini araşdırıb.
“The İndependent” qəzeti yazır ki, İran barəsində keçirilmiş məhkəmə əsnasında isə İslam rejimini “İranın Srebrennitsası” adlandırıblar.
Bu Bosniya şəhərində Bosniya serb qüvvələrinin komandanı Ratko Mladic müsəlmanlara qarşı qətliyamlar törətmişdi.
İranda isə bunu müsəlmanlar müsəlmanlara ediblər.
Tribunalın britaniyalı hakimi, Tribunal Baş Komitəsinin üzvü lord Geoffrey Nice “The İndependent” qəzetinə bildirib ki, dünyada bir neçə belə tribunal məhkəmələri gedir, lakin İrana aid məhkəmə fərqlidir. Bu mühakimənin nəticələrini rejimin qurbanları, məsələn, Avropada mühacirətdə olan İranlılar görəcəklər.
Hakim bildirib ki, tribunalda çox sayda İranlı siyasi mühacirin ifadələri dinlənilib.
Qəzet yazır ki, İranda ilk kütləvi edamlar artıq 1981-ci ildə geniş vüsət alıb. Ayətüllah
Khomeini onunla birlikdə şah rejimini yıxmış solçuları edam edirdi.
BAKİRƏLƏRİN EDAMI
Hazırda Toronto Universitetində siyasi fəlsəfədən dərs deyən xanım Shekoufeh Sakhi ifadə verərkən ona qarşı tətbiq olunmuş işgəncə növündən danışıb.
İran həbsxanalarında bu işgəncə metoduna “tabut” deyirdilər.
Məhbusları doğrudan da tabuta bənzər dar qutulara yerləşdirir, saatlarla bu vəziyyətdə
saxlayırdılar. Kiçicik bir hərəkət, məsələn, öskürmək daha ağır işgəncələrə səbəb olurdu.
Məhbusun “tabut”da olduğu müddətdə səsucaldanlar ona İslam dəyərləri və şəriət qanunları barədə “dərs” verirdilər.
Aylarla davam edən belə işgəncələr, məhbusarın beynini bütün zərərli ideyalardan “yuyub təmizləməli” idi.
Edamqabağı zorlamalar prosedur halını almışdı. Məsələn şəriət qanunları bakirələrin edamına icazə vermirdi. Onda həbsxana baxıcıları və cəlladlar edam qarşısında son maneəni özləri aradan qaldırıdılar.
Lord Geoffrey Nice bildirib ki, Avropa məhkəməsi öz işini gördü. İndi öz xüsusi
komissiyasını yaratmaq növbəsi BMT-dədir.
ŞÜAR VƏ ŞİLLƏ
Tribunal vaxtına çəkər deyiblər.
Hər ilin fevralında İranda İslam Respublikasının ad günü böyük təntənə ilə qeyd edilir.
Və hər il bu vaxt təhsil müəssisələrində İran təbirincə desək “şəbih teatrları” qurulur. Hətta ibtidai məktəblərdə də.
Belə səhnəciklərin süjeti kifayət qədər bayağıdır.
Şagirdlər məktəb zalının səhnəsində İslam inqilabını, nümayişləri, şah gülləbaranını
canlandırırlar.
Və belə tamaşaların adətən eyni bir final səhnəsi olur. İştirakçılar yumruqlarını havaya
qaldırır və “Məhv olsun şah” deyə qışqırırlar.
Balaca Şəhri-Kürd yaşayış məntəqəsində keçirilən belə məktəb tamaşalarından birində, final səhnəsində 9 yaşlı iştirakçılardan biri yumruğunu qaldırıb, di gəl, “məhv olsun şah” əvəzinə çaşıb “məhv olsun Khomeini” çığırıb…
Tamaşa zalında ağızları açıq qoyan heyrətin ardınca gülüş və alqışlar qopub.
Lakin məktəb direktoru son səhnəyə son düzəliş vermək üçün həmin uşağı sillələməyə
başlayıb.
Amma indi başqa zamandır. Hətta İranda da. Bir neçə valideyn səhnəyə qalxaraq məktəb direktorunu yaxşıca əzişdiriblər.
Ən böyük diktaturalar, ən böyük məsxərələrlə qurtarır.

Şərhləri göstər

XS
SM
MD
LG