Keçid linkləri

Təcili xəbərlər

Dünya Radio Günü


Azadlıq Radiosu
Azadlıq Radiosu
Fevralın 13-ü Dünya Radio Günüdür.
Bu, ikinci ildir ki, qeyd olunur.

UNESCO radionun tarixi ilə bağlı əlamətdar hadisələri xatırladır:

22 fevral 1857-ci il. Alman fiziki H.R. Hertz Ilk dəfə olaraq normal şəkildə radio dalğalar göndərə və qəbul edə bilən cihazı nümayiş etdirdi.
Onun ixtirası radionun və naqilsiz teleqrafın ixtirasına yol açdı.

30 noyabr 1858-ci il. Jagdish Chandra dalğasız yayımın əsasını qoydu. Hindistanlı fizik, bioloq və fantast yazıçı radionun və mikrodolğalı optikanın ilk araşdırıcısıdır.

6 oktybar 1866-cı il. Reginald Fessenden anadan oldu. O, audio yayımının ixtiraçısı və radionun pioneridir.

25 aprel 1874-cü il. Guglielmo Marconi anadan olub.

7 may 1895-ci il. Rusiyalı ixtiraçı Aleksandr Popov ilk dəfə olaraq radioqəbuledicini nümayiş etdirib.

28 mart 1896-cı il. Marconinin ilk audioötürməsinin ildönümüdür. ( UNESCO qeyd edir ki, bu sahədə Marconinin birinci olmasının sübutlarını tapa bilmirlər)

2 iyun 1896-cı il. Marconi radio cihaca patent alıb.

27 iyul 1896-cı il. Marconi ilk dəfə olaraq Morze əlifbası ilə naqilsiz ötürməni nümayiş etdirib.

10 fevral 1898-ci il. Bertold Brecht anadan olub. Almaniyalı şair, dramaturq radio tarixində yeni mərhələ açıb. O yeni konsepsiya təklif edib ki, radio interaktiv olsun - o, məlumat yaymaqdan əlavə, ünsiyyət vasitəsinə çevrilsin.

24 Dekabr 1906-cı il. Reginald Fessenden ilk radio veriliş yayımı edib. Bu vaxt diktor səsi , canlı musiqi və yazılmış musiqi yayılıb.

15 aprel 1912-ci il. Titanik gəmisi batanda ilk dəfə olaraq radio və teleqrafın insanların həyatının xilas olunmasında böyük rolu bilindi

13 avqust 1912-ci il. ABŞ-da Radiokommunikasiya haqda qanun qəbul olundu.

30 oktyabr 1938-ci il. Uelsin “Dünyalar müharibəsi” pyesi ABŞ-da ilk radiotamaşa oldu.

Ən son yazılan

XS
SM
MD
LG