Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan peyki orbitə iki günə çatacaq


Azərbaycanın “Azerspace/Africasat-1a” telekommunikasiya peyki
Azərbaycanın “Azerspace/Africasat-1a” telekommunikasiya peyki
-
Azərbaycanın “Azerspace/Africasat-1a” telekommunikasiya peyki orbitinə fevralın 19-da çatacaq.
“Azərkosmos” ASC-dən AzərTAc-a verilən məlumatda belə deyilir. Məlumatda bu da deyilir ki, fevralın 17-də günün sonunadək günəş batareyaları və anten reflektorları panellərinin açılması gözlənilir. Bundan sonra peyk işçi mövqenin təyinat nöqtəsinə hərəkət etməyə başlayacaq.
Fevralın 19-dan martın əvvəlinədək sınaq işləri aparılacaq. Yalnız bundan sonra peyk tamamilə “Azərkosmos”un idarəçiliyinə keçəcək.
XS
SM
MD
LG