Keçid linkləri

Ötən il Bakıda 2902 təhlükəsizlik kamerası quraşdırılıb.

APA -nın məlumatına görə, bu, Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda qeyd olunub.

“Təhlükəsiz şəhər” layihəsi çərçivəsində Bakı şəhərində 1064 nöqtədə 902, Sumqayıt şəhərində 85 nöqtədə 228, Gəncə şəhərində 131 nöqtədə 370 və Abşeron rayonunda 17 nöqtədə 51 kamera quraşdırılaraq istifadəyə verilib.

Bakı Metropoliteninin 23 stansiyasının perronlarının girişlərində və çıxışlarında 974 kamera, 250 vaqonda isə 1000 kamera quraşdırılaraq şəbəkəyə qoşulub, paytaxtın 15, metropolitenin 40 nöqtəsində xüsusi kameralar quraşdırmaqla, üztanıma sistemi yaradılıb və istismara verilib.
XS
SM
MD
LG