Keçid linkləri

Təcili xəbərlər

Avropa "Microsoft"u yarım milyard avro cərimələdi


Microsoft Windows 8
Microsoft Windows 8
Avropa Birliyi Microsoft şirkətini yarım milard avro cərimə etdi.

Daha dəqiq deyilsə, Microsoft bir az da çox- 561 milyon avro ödəməlidir.

Microsoft öz müştərilərinə seçim verməməkdə ittiham olunub. Məhkəmə qərarında deyilir ki, Microsoft 2009-cu ildə müştərilərinə İnternetə girmək üçün brauzerlərdə seçim verəcəyinə söz vermişdi, ancaq bu sözünə əməl etmədi.

Söhbət internetə girmək üçün Microsoftun İnternet Explorerindən fərqli brauzer seçimindən gedir.

Avropa Birliyinin araşdırmasına görə, Microsoftun öz vədinə əməl etməməsi o deməkdir ki, 2011-ci ilin mayından 2012-ci ilin iyuluna kimi satılan proqramları alan 15 milyon adamın heç xəbəri olmayıb ki, onların belə seçimi var.

Bu proqramlarda brauzer kimi avtomatik olaraq İnternet Explorer seçilirdi.

Microsoft niyə məhz 561 milyon avro cərimələnib?

Məhkəmə qərara gəlib ki, cərimə Microsoftun bir illik satışının 10 faizi həcmində olmalıdır.

Microsoftun bir illik gəliri isə dollarla götürəndə 7,9 milyarddır.

Ən son yazılan

XS
SM
MD
LG