Keçid linkləri

Əli Əhmədov: "Facebook-un bağlanması gündəmdə deyil"


YAP icra katibi Əli Əhmədov. 2010-cu il

YAP icra katibi Əli Əhmədov. 2010-cu il

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov millət vəkili Fəzail Ağamalının Azərbaycanda Facebook sosial şəbəkəsinin məhdudlaşdırılması ilə bağlı fikirlərinə münasibət bildirib.

Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, millət vəkili Fəzail Ağamalının sözləri fərqli başa düşülüb.

Onun sözlərinə görə, Azərbaycanda nə internet resurslarının, nə də Facebook sosial şəbəkəsinin qadağan olunması gündəmdə deyil. O, Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şəraitin yaradıldığını bildirib. Bu haqda xəbəri APA yayıb.

Bir müddət öncə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı sosial şəbəkədə dövlət əleyhinə fikirlərin səsləndirilməsi, kütləvi aksiya çağırışlarının olmasını əsas gətirərək «Facebook»a girişin məhdudlaşdırılmasını təklif edib.

AzadlıqRadiosunun AzadlıqFM proqramında F.Ağamalı məsələyə aydınlıq gətirərək bildirib ki, o, Facebook-un bağlanmasını təklif etməyib, sadəcə onun sözləri təhrif olunub.
XS
SM
MD
LG