Keçid linkləri

Samsung şirkətinin yeni smartfonu Galaxy 4 –ün satış günü müəyyən olunub. Bu smartfon aprelin 26-da 155 ölkədə satışa çıxarılacaq. Mütəxəsislər qiymətinin 725 dollar olacağını ehtimal edir.

Nyu Yorkda martın 14-də konsertlə, teatrla müşayət olunan təqdimatdan sonra mütəxəsislər bu smartfon haqda çox yüksək fikirdədirlər.

Galaxy 4 Galaxy 3-ə bənzəyir, ancaq daha nazik və möhkəmdir: qalınlığı 7,9 mm, çəkisi 130 qramdır.

1920x1080-a 5 düyməlik ekranı var. Displeyi Super Amoled texnologiyası ilə hazırlanıb.

Əsas xüsusiyyəti - ekranla kontaktsız da idarə oluna bilməsidir. Ekran istifadəçinin gözlərinə və üzünə reaksiya verir. Video gedərkən məsələn, istifadəçi qırağa baxanda video dayanır.

Galaxy 4-ün bu xüsusiyyəti Daily Telegraph qəzetini valeh edib. Qəzet yazır ki, smartfonu baxışla idarə etmək olur.

Ekranın keyfiyyəti də qəzetin xoşuna gəlib.

Smartfonda əlcəklə də yazmaq olar.

Telefonun bir variantında prosessoru 4 nüvəli Snapdragon, digər variantında 8 nüvəli Exynosdur.

2 kamerası var. Daxili yaddaş 16, 32 və 64 gigabaytdır.

Telefonun temperatur və rütubət sensorları var. Telefonu məsafə pultu kimi istifadə etmək olar.

Şərhləri göstər

XS
SM
MD
LG