Keçid linkləri

Məşhur müğənninin xanımı ABŞ Senatına etiraz edir


London 2012 Olimpiya Oyunlarında səsləndirilən John Lennonun mahnısı

London 2012 Olimpiya Oyunlarında səsləndirilən John Lennonun mahnısı

-
Müğənni John Lennonun həyat yoldaşı Yoko Ono, Lennonun öldürüldüyü gün taxdığı gözlüyün qanlı fotoşəkilini Twitterdən paylaşaraq ABŞ-da fərdi silahlanmanı məhdudlaşdıran qanunu qəbul etməyən Senata etiraz edib.
Yoko Ono, Twitterdə yazır:

«John Lennon 8 dekabr 1980-ci ildə öldürüldüyünə bəri, ABŞ-da 1 milyondan çox insan silahla öldürülüb. Sevdiyin insanın ölümü acıdır: 33 ildən sonra, oğlum Sean və mən, sənin üçün darıxırıq».
Beatles qrupunun pərəstişkarı olduğunu iddia edən və psixoloji problemləri olan Mark David Chapman, 8 dekabr 1980-ci ildə John Lennonu silahla qətlə yetirmişdi.
Chapman tutularkən J. D. Salingerin (Cerom Selincer) «Çovdarlıqda uçurumdan qoruyan» (The Catcher in the Rye) əsərinin 27-ci fəslində Lennonu öldürmək haqqında gizli mesajlar oxuduğunu deyirdi.
Ömürlük həbsə məhkum edilən Chapman hazırda həbsxanada cəzasını çəkir.

Şərhləri göstər

XS
SM
MD
LG