Keçid linkləri

Təcili xəbərlər

1 dəqiqə ərzində İnternetdə bunlar baş verir


Bir dəqiqə ərzində İnternetdə nələr baş verir (İntel.com)
Bir dəqiqə ərzində İnternetdə nələr baş verir (İntel.com)

Məşhur Intel şirkəti internet məkanına nəzər salaraq bu nəhəng virtual dünyada nələr baş verdiyinin araşdırır. Olduqca maraqlı mənzərə alınır.

Məsələn, internetə qoşulan kompüter və digər qurğuların miqdarı təxminən elə dünya əhalisinin sayına bərabərdir, yəni 7 milyarddan artıq.

Bəs bu qədər adam internetdə nə ilə məşğuldur. İntel-in araşdırmalarına inansaq, burada çox şey baş verir, həddən artıq çox. O qədər çox ki, baş verənlərin əyaniliyini artırmaq üçün İntel faktları 1 dəqiqə kəsimində təqdim edir.


ONE MİNUTE

Məsələn qlobal şəbəkədə 1 dəqiqə ərzində 639,8 terabyte informasiya ölçüsündə fəaliyyət baş verir (Aydın olsun deyə, bu qədər məlumatı yerləşdirmək üçün 142 min DVD tələb olunardı).

Bu abstarkt rəqəmi konkretləşdirsək, məsələn 1 dəqiqə ərzində bunlar baş verir:

- Vikepdiaya 6 yeni məlumat əlavə edilir (mövcud olan minlərlə yazı və məqaləyə edilən dəyişikliklərdən başqa)
- 20 nəfərin parolunun oğurlanması cəhdi baş verir
- 135 kompüter viruslu və ya dağıdıcı proqrama yoluxur
- 100 nəfər Linkedin-də qeydiyyata düşür
- 1300 nəfər ilk dəfə internetə mobili ilə qoşulur.



QLOBAL ŞƏBƏKƏDƏ DAHA NƏLƏR BAŞ VERİR

Bütün bunlar 60 saniyə ərzində baş verir və kiçik rəqəmlərlə ifadə olunan faktlardı. İndi isə gəlin insan təxəyyülünə daha ağır gələn böyük rəqəmli faktlara müraciət edək.

Beləliklə 1 dəqiqə ərzində internetdə:

- Googl-un axtarış motorunda 2 milyondan artıq söz və ya ifadə axtarılır
- YouTube-da 1,3 milyon videoyaya baxılır və 30 saatlıq video yüklənir
- 204 milyon elektron məktub yollanır
- 47 min proqram əlavələri (App-lər) mobil telefonlara yüklənir
- Amazon şirkəti 83 min dollarlıq mal satır
- Pandora serverindən 61 min dəqiqəlik müsiqi yayımlanır
- Flickrdə 20 milyon şəkilə baxılır
- 277 min istifadəçi Facebooka qoşulub 6 milyon səhifəni nəzərdən keçirir
- Tvvitterdə 100 min mesaj yollanır.

2015-DƏ NECƏ OLACAQ

Xatırladırıq ki, bütün bunlar 1 dəqiqə ərzində baş verir. İntelin ekspertlərinə əsasən, bu dinamika sürətlə artmaqda davam edəcək və artıq 2015-ci ildə internetə qoşulan maşınların sayı Yer kürəsi əhalisinin sayından 2 dəfə çox olacaq.

Bu zaman interentdə cəmi 1 saniyə ərzində o qədər video hərəkət edəcək ki, bu miqdarda videoyaya baxmalı olsan sənə 5 il lazımdır.
XS
SM
MD
LG