Keçid linkləri

Təcili xəbərlər

15 yaşlı Viagra


Viagra
Viagra
Martın 27-də dünynın ən məşhur kişi dərmanı olan Viagranın 15 illiyidir.

1998-ci il martın 27-də ABŞ-ın Ərzaq və Dərman idarəsi Viagranın istifadəsinə icazə verdi.

ABŞ-da ondan qabaq aparılan reklam kampaniyasında hətta futbol kralı Pele də iştirak edirdi.

O da maraqlıdır ki, Viagra angina ilə mübarizə üçün yaradılırdı. Ancaq sınaqlar zamanı həkimlər gördülər ki, bu yeni dərmanın anginaya elə bir təsiri yoxdur.

Hazırda dünyada nə qədər Viagra işlənir?

Statistikaya görə, dünyada bir ildə istifadə olunan Viagranın çəkisi 45 tondur, yəni 45 milyon qramdır.

Dərmanın bir həbi 25 mg, 50 mg və ya 100 mg olur.

Bu baxımdan dünyada bir ildə yarım milyarddan 2 milyarda kimi həb satılır.

Viagranın illik satışının həcmi 2 milyard dollardır.

ABŞ-da Viagranı 15 yaşından almaq olar, Çexiyada məsələn, 14 yaşından.

Çexiyalı seksoloq Petr Weiss Viagranı dünyada 3-cü seksual inqilab adlandırır. Onun fikrincə, birinci inqilabı penisillinin kəşfi yaratdı. Bununla cinsi yolla keçən xəstəliklər müalicə olunmağa başladı.

İkinci inqilab hamiləliyin qarşısını alan hormonal preparatlarla başladı.

Weiss Viagranın bir əhəmiyyətini də onda görür ki, statistikaya görə kişilərin 19 faizi ereksiya ilə problemi olduğunu hətta həkimə də demək istəmir. Aptekdə satılan dərmanı isə çəkinmədən ala bilir.

Ən son yazılan

XS
SM
MD
LG