Keçid linkləri

-
Britaniya mətbuatı yazır ki, ABŞ-ın hüquqşünas Sergei Magnitsky-nin ölümündə əli olduğu iddia edilən Rusiya rəsmilərinin qara siyahısını ictimailəşdirməsi Vaşinqton və Moskva arasında yeni diplomatik qarşıdurmaya səbəb ola bilər.

Vaşinqtonun bu siyahını ictimaiyyət üçün açacağı aprelin 12-dən bəlli idi. Həmin gün səhər Moskva xəbərdarlıq etmişdi ki, sənədin açıqlanması iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vura bilər.

Buna baxmayaraq, ABŞ siyahıdakı Rusiya rəsmilərinin ölkəyə səfərini qadağan edən və ötən ilin sonunda qəbul edilmiş «Magnitsky qanunu»nu ictimailəşdirdi.

ABŞ Maliyyə Nazirliyinin internet saytında nəşr edilmiş siyahıda 18 Rusiya rəsmisinin adları var.

Bu siyahı rusiyalı hüquqşünas, iki uşaq atası Sergei Magnitsky-nin həbsi və həbsdə ikən ölümünün ardınca tərtib edilib.

Cənab Magnitsky iddia edirdi ki, rəsmilərlə əlbir olan kriminal fiqurlar vergi fırıldağı vasitəsilə Rusiyanın dövlət büdcəsindən milyonlarla dollar oğurlayırlar.

QARA MƏNİ BASINCA

Qara siyahıya salınmışlardan biri – Rusiya Daxili İşlər Nazirliyinin keçmiş zabiti Pavel Karpov hazırda biznesmen William Browder-i böhtana görə Britaniya məhkəməsinə verib.

Rusiyada uzun illər biznes fəaliyyəti ilə məşğul olmuş və bir vaxtlar prezident Putini qızğın dəstəkləyən cənab Browder Sergei Magnitsky

Sergei Magnitsky

2006-cı ildə «Rusiyanın milli təhlükəsizliyinə təhlükə» kimi Moskvanın qara siyahısına salınıb.

«Economist» məcmuəsi yazırdı ki, buna səbəb Browder-in Rusiya məmurlarının ciblərinə axan oğurluq pullar barəsində danışması olub.

William Browder-in «Hermitage» investisiya fondunun əməkdaşı olan Magnitsky 230 milyon dollarlıq vergi fırıldağını aşkara çıxarmışdı.

Vergi fırıldağı ilə əlaqəsi olan rəsmilərin adlarını açıqladıqdan sonra cənab Magnitsky-nin özü vergidən yayınma ittihamı ilə həbs edilmiş və 9 aydan sonra həbsxanada ölmüşdü.

Ailəsi və hətta Rusiyanın insan haqları qrupları iddia edirlər ki, Sergei Magnitsky ölümündən əvvəl döyülüb və ona lazımi tibbi yardın göstərilməyib.

BİR GECƏDƏ MİLYONÇU OLANLAR

Amerikanın qara siyahısında adı çəkilən digər rəsmilər Karpov-un keçmiş rəisləri Artem KuznetsovOleg Silchenko-dur.
Foto: Arxiv

Foto: Arxiv


Onların hər ikisi bu işdə əlləri olduğunu inkar edirlər.

Qara siyahıda keçmiş vergi rəsmisi Olga Stepanova-nın da adı var. Moskvadakı iki vergi idarəsindən birinin rəisi olan Stepanova 2008-ci il dekabrın 24-də həyata keçirdiyi fırıldaq nəticəsində bir gecədə milyonçu ola bilib. Stepanova və onun boşanmış əri iddia edirlər ki, heç bir fırıldaq baş verməyib və onlar bu pulu tamamilə legitim qaydada qazanıblar.

İsveçrə müstəntiqlərinə «çirkli pullar»ın yuyulmasının araşdırılmasında kömək edən başqa bir rusiyalının – Perepilichny-nin meyiti az sonra London yaxınlığındakı Surrey qraflığında, evinin astanasında tapılıb.

RUSİYA MƏMURLARI ABŞ MÜLKLƏRİNİ İTİRƏ BİLƏRLƏR

Rusiya çoxdan bildirmişdi ki, hər hansı qara siyahı üçün Moskva «dişə-diş, gözə-göz» prinsipi ilə qisas alacaq və Rusiyaya səfərləri Sergei Ryabkov

Sergei Ryabkov

qadağan olunan ABŞ vətəndaşlarının qara siyahısını tərtib edəcək.

«Biz dəfələrlə bildirmişik ki, bu cür hallar ikitərəfli münasibətlərimizdə son dərəcə dağıdıcı rol oynayır», - Rusiya Xarici İşlər nazirinin müavini Sergei Ryabkov deyib. «Lakin Amerika tərəfinin, Konqresin və administrasiyanın fərqli yol tutmasını nəzərə alaraq, bizim cavab verməkdən başqa çarəmiz qalmır».

Cənab Ryabkov deyib ki, bu cavab «bərabər və balanslı» olacaq.

Britaniya mətbuatı ehtimal edir ki, Rusiyanın cavab qara siyahısına silah alverçisi Viktor Bout-u həbs etmiş ABŞ xəfiyyələrinin, həmçinin Quantanamo düşərgəsi və Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanaları ilə əlaqədar olan agentlərin adları salınacaq.

Lakin «The Independent» yazır ki, Amerikanın belə bir əks-hücuma cavabı ruslar üçün daha ağrılı ola bilər. Qəzetin yazdığına görə, ABŞ cavabında əksəriyyəti xaricə pul çıxarmaqla məşğul olan Rusiya rəsmilərinin Amerikadakı mülkiyyətinə qadağa qoya bilər.

Şərhləri göstər

XS
SM
MD
LG