Keçid linkləri

LinkedIn sosial şəbəkəsi elan edib ki, internet resurslarından xəbərlərin oxunması üçün proqram əlavəsi Pulse üçün 90 milyon dollar ödəyib.

2010-cu ildə Stanford Universitetinin iki tələbəsinin hazırladığı Pulse istifadəçilərə imkan yaradır ki, onlar sosial şəbəkələr daxil müxtəlif media mənbələrini oxumaq istədikləri məzmuna uyğun çeşidləyə bilsinlər.

Proqram əlavəsinin 90 ölkədə 30 milyon istifadəçisi var. İstifadəçilərin 40 faizi ABŞ sakinləridir.

Pulse Linkedln-ə onun "peşəkar nəşr platforması" olmaq istəyinə yol açacaq.

Pulse olduğu kimi qalacaq, amma şirkət ümid edir ki, Linkedln-lə əməkdaşlıq gələcək fəaliyyət üçün faydalıdır.


LinkedIn-in baş direktoru Jeff Weiner deyib ki, Pulse xidməti onların istifadəçilərinə müxtəlif məlumatları, bazar təhlillərini və xəbərləri axtarıb tapmaqda kömək edəcək.

Mütəxəssislər hesab edirlər ki, LinkedIn istifadəçilərin bu sosial şəbəkədə və onun mobil platformasında daha çox vaxt keçirməsini istəyir. Onlar deyirlər ki, LinkedIn-in mobil startegiyası bunu həyata keçirmək üçün hazırlanıb və Pulse bu işdə sosial şəbəkənin dadına çatacaqş

LinkedIn-in 200 milyon istifadəçisi var.

Pulse-nin isə veb versiyası, o cümlədən Android и iOS əlavəsi var. İstifadəçilər onları maraqlandıran mövzuları (texnologiya, idman, biznes və s.) seçirlər, Pulse isə mənbələrin siyahısını göstərir və xəbərləri üfiqi istiqamətdə əks etdirir.

XS
SM
MD
LG