Keçid linkləri

Сəmiyyət siyasətçidən yorulanda…


Turkey - A Turkish riot policeman uses tear gas as people protest against the destruction of trees in a park brought about by a pedestrian project, in Taksim Square in central Istanbul, 28May2013

Turkey - A Turkish riot policeman uses tear gas as people protest against the destruction of trees in a park brought about by a pedestrian project, in Taksim Square in central Istanbul, 28May2013

-

etmişdi. Hərə bir ehtimal deyir, hamı çalışırdı ki, hadisələrin baş verməsini izah etmək üçün öz ehtimallarını səsləndirsin.

Vəziyyət həqiqətən də qəliz idi. Türkiyə avtoritar Liviya, Misir deyil, ölkə ciddi sosial problemlər yaşamır, üstəlik etirazların əsas səbəbi kimi göstərilən məsələ də bir o qədər ciddi təsir bağışlamır. Ona görə də suallar biri-birinin ardınca düzülürdü.

Etirazların əsl səbəbi nə idi? Bunların arxasında kim dayanırdı? «Ərəb baharı»nın ardınca «Türkiyə baharı» yaşanacaqmı? Bu sualların hamısına cavab vermək iddiasında deyilik, amma bəzi məqamları qeyd etməyə də bilmərik.

KƏNARDAN TƏSİR VAR İDİMİ?

Adamın ağlına gələn ilk fikir bu olur ki, bəlkə hansısa kənar təsirlər vardı? Türkiyədə son dövrdə ciddi iqtisadi dirçəliş hiss olunurdu, ölkə BVF-na borclarını ödəmişdi, Avropa ölkələrində baş verən iqtisadi böhrana rəğmən bu ölkədə elə bir iqtisadi sarsıntı hiss olunmurdu, hətta belə bir fikir yaranmışdı ki, Avropa Türkiyəni öz sıralarına qəbul etməməklə onu böhrandan hifz edib.

Bu deyilənlərə bir şey də əlavə etmək olardı ki, son dövrdə PKK ilə anlaşmada ciddi irəliləyiş hiss olunurdu. Ona görə də belə bir fikir yaranır ki, bəlkə Avropa ölkələri Türkiyəyə qarşı əsas təsir «rıçaq»ını - «kürd məsələsi»ni itirmək istəmirdi? Axı heç kim üçün sirr deyil ki, Avropa bəzi PKK fəalları üçün həm sığınacaq, həm də maddi mənbə rolunu oynayır.

Amma etirazçıların hamısının əlində Türkiyə bayrağını, M. K. Atatürkün portretlərini görmək olardı. Düzdür, Türkiyədə milli simvollara sayğı elə də təəccüblü hal deyil, amma kaş dünyanın bütün ölkələrinin etirazçıları öz əllərində dövlətlərinin milli simvollarını tutaydılar!

Üstəlik, bir məsələ də var. Siyasi və iqtisadi maraqlar Türkiyəni Avropadan nə qədər ayırsa da onlar bir təhlükəsizlik çətiri altında - NATO-da birləşiblər, Avropa ilə Türkiyə vahid təhlükəsizlik sistemidir. Düzdür, ölkələr bir qayda olaraq birləşdikləri alyanslarda belə biri-birinə qarşı əlavə təsir və təzyiq imkanları nəzərdə tuturlar.

Maraqlıdır ki, ABŞ-dan və Avropa ölkələrindən gələn ilk reaksiyalarda daha çox etirazçılarla həmrəylik notları hiss olundu. Ola bilər ki, bu ümumi demokratik yanaşmanın təzahürü idi. Amma o da yada düşür ki, həmin ölkələr, məsələn, Misirdə baş verən proseslər zamanı bir xeyli müddət ciddi tərəddüdə qaldılar, yalnız aydın olandan sonra ki, artıq H. Mubarak-i xilas etmək mümkün olmayacaq, onda etirazçılara dəstək verməyə başladılar…

R. T. ERDOGAN-IN ARXAYINÇILIĞI…

Bəs hansı daxili amili əsas götürmək olar? Ölkədə narazı qruplar heç də az deyil. R. T. Erdogan-ın vaxtında hərbçilərə, bəzi iqtisadi qruplara qarşı təzyiq artıb, o, ardıcıl olaraq ölkə həyatına özünün dini baxışlarını yaymağa cəhd edir. Bəlkə bir qədər araşdırsaq başqa narazılıq yaradan elementləri də tapa bilərik.

Amma əsas daxili amillərdən biri də odur ki, R. T. Erdogan bir siyasi fiqur kimi öz cəmiyyətini çox yorub. Müxalifət yorulub, cəmiyyət bir adamın uzun müddət hakimiyyətdə olmasından bezib və ən başlıcası isə getdikcə onun davranışında avtoritar tendensiyalar hiss edir. R. T. Erdogan-ın etirazlara münasibəti çox maraqlı oldu. «Türk baharı» olmayacaq deyən baş nazir bəlkə özü də bilmədən ölkədə demokratik abu-havanın heç də qaydada olmadığını etiraf etdi.

İstər-istəməz sual yarana bilər ki, necə olur ki, «ərəb baharı» yaxşı olur, amma «türk baharı» pis? R. T. Erdogan müxalifəti millətin ardınca düşüb getdiyinə görə qınadı və onun sözlərindən belə məlum oldu ki, müxalifət milləti öz ardınca aparmalıdır, nəinki millət müxalifəti! Əslində belə bir yanaşma seçicilərə, millətə qarşı bir həqarət idi. Necə olur ki, millət hara getmək lazım olduğunu yalnız özünün kiçik bir kəsimindən öyrənməli olur?

Mübaliğəsiz demək olar ki, R. T. Erdogan avtoritar siyasi liderdir. Onun belə bir lider olması, onun baxışları cəmiyyət üçün yenilik olmamalı idi, bunun kökləri onun müxalifətçilik dövrünə qədər gedib çıxır - bu adam öz baxışlarına, üstünlük verdiyi dəyərlərə görə həbsdə olmuşdu və elə həbsdən çıxıb baş nazir postuna gəlmişdi. O, M. K. Atatürkü sevmir, daha çox islamçı və osmançıdır. Onun daxili və xarici siyasəti də bu amillər üzərində qurulub.

Təbii, bəzi müsbət işləri də oldu. İndi adam vaxtilə hərbi çevrilişlər zamanı insanlara verilən əziyyətlər haqqında oxuyanda, bu haqda filmlərə və xronikalara baxanda onun hərbçilərə qarşı təzyiqini, onların siyasətdəki rolunu azaltmağa yönələn addımlarını təqdir edir.

İqtisadiyyatda da uğurlu işlər görülüb. Amma təcrübə göstərir ki, hətta iqtisadiyyatda uzun müddətli sabitlik gec-tez staqnasiyaya gətirib çıxarır… Qərəz, diqqətlə baxanda görürsən ki, insanlar hər sahədə yenilik istəyir. Və bu fonda adamın yadına iyirmi il, hətta bundan da çox hakimiyyətdə qalanlar düşür…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG