Keçid linkləri

Təcili xəbərlər

ABŞ səfirliyi Erdoganı təkzib mesajını twitterdən pozur


ABŞın Ankardakı səfirliyi rəsmi twitter mikroblqounda baş nazir Erdoganın çıxışı ilə bağlı yazdığı şərhi pozub.

İyunun 7-də Avropa Birliyinin İstanbulda keçən konfransında Erdogan Taksim meydanındakı hadisələrdə hökumətin tənqid olunmasından qıcıqlandı və öz çıxışında Taksim hadisələrini 2011-ci ildə Nyu Yorkdakı ""Occupy Wall Street" etirazlarına bənzədərək dedi:

- Orada da qaz işlətmişdilər, 17 adam ölmüşdü, bizə indi dərs keçənlər Wall Street hadisəsinə niyə heç nə demədilər?

Hüriyyət Dayli News xəbər verir ki, bu çıxışdan təqribən 1 saat sonra ABŞ səfirliyinin rəsmi twitterində belə bir şərh yazıldı

"ABŞ-da Occupy Wall Street hərəkatı ilə bağlı məlumatlar dəqiq deyil. #OWS zamanı ABŞ polisinin hərəkətləri səbəbindən heç bir ölüm hadisəsi olmayıb"

Lakin şərh tezliklə yenidən yox oldu. Hüriyyət həmçinin bildrir ki, səfirliyinin rəsmisi bu twitter şərhinin pozulmasını təsdiq edib, lakin səfirliyin səslənən fikrin üstündə durduğunu bildirib. Mesajın pozulmasının səbəbi haqda heç nə bildirilmir.

Səfirliyin mesajı və onun pozulması Al Jazzeranın Taksim hadisələrini izləyən əməkdaşlrının da diqqətindən qaçmayıb.

Taksim və Wall Street hadisələri arasında tez-tez paralellər aparılır. Taksim etirazçılarının yaratdığı ən populyar haştaglardan biri də Nyu York hadisələrindəkinə bənzəyirdi #OccupyGezi.

Türkiyədə isə etirazçılarla baş nazir və hökumət arasındakı qarşıdurma artıq 2-ci ongünlüyünə keçir. Etirazçılar Erdoganın istefasını tələb edir, baş nazir isə etirazların ekstremistlər tərəfindən təşkil olunduğunu deyir.
XS
SM
MD
LG