Keçid linkləri

Təcili xəbərlər

Sus!


Sovet plakatı
Sovet plakatı
-
Sus!
Heç danışma!
Nə vecinə?
«Millət necə tarac olur-olsun, nə işin var?
Varlılara möhtac olur-olsun, nə işin var?».
Deyilmi?
Uşaqlıqdan əzbərlədiyin misralardır.
Böyük şairə kiçicik düzəliş etdim...
Üzr dilərim!
SUS!
Ölkədə vəziyyət necədir, xalq necə yaşayır, qarnı toxdur-ya acdır-səni maraqlandırmasın.
Təki təmtəraqlı toylar olsun!
Təki toylarda paralar səpələnsin, şabaşlar yağsın, yeməklər aşıb-daşsın, geyimli-kecimli xanımlar-bəylər atılıb-düşsün.
Aləm qarışsın bir-birinə.
Sən də bu fürsəti qaçırma.
Sən də oxu!

OXU!
«Yar gəlir görüşə, sürüşə-sürüşə» – oxu!
«Bakı gözəl şəhər, mehriban diyar» – oxu!
«Sən gül, gözəlim, gül!» – oxu!
Xalqın başını qat!
Cibin pulla dolsun!
Amma... çaşıb bir ciddi şey oxuyan kimi... aranın qarışdığını görüb... tüpür dabanına!
İmtina et oxuduğundan!
Çünki sən buna layiqsən!
Sən sürüşə-sürüşə oxuyanlardansan!
Sən sürüşkənsən!!!
Odur ki, imtinan heç kəsi təəccübləndirməz.
Sənin gözündə musiqidən bu yana hər şey Xocalıya, Qarabağa bağlıdır.
İnsan azadlığı, insan hüquqları, zindan məhbusları səninçün çoooox uzaq bir şeydir.
Bilirsən, niyə?

NİYƏ?
Çünki məxsus olduğun aləm ancaq yarınmaq prinsipi ilə yaşayır.
Məhz yarınmaq!
Bir şey qoparmaq!
Bir yağlı tikə ələ keçirmək!
Kiminsə gözünə girmək!
Diqqətdə qalmaq!
Ad-san sahibi olmaq!
Odur ki, səni qınamaq olmur.

USTADCIQLAR
Sən öz «ustad»cıqlarından dərs almısan.
Belə öyrənmisən, belə görmüsən.
Bəlkə yalan deyirəm?
Elə isə bircə nəfərin adını çək!
De ki, vətəndaş mövqeyi var.
De ki, öz fikri var.
De ki, istədiyini deyə bilir.
De ki, heç yerdən heç nə ummur.
De ki, müstəqildir, azaddır, özünəyetərlidir.
Hə, nə oldu?
Deyə bilmədin?
Onda...

SUS!
O məşhur mahnıda deyildiyi kimi «Hep böylə kal!»

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG