Keçid linkləri

-

Əslində Milli Şurada birləşən müxalifət partiyaları üçün YAP funksioneri S. Novruzovun son müsahibəsi bir siqnal olmalı idi. Yox, demirik ki, S. Novruzov hakimiyyət düşərgəsində həlledici təsirə malik şəxslərdəndir. Amma düşünürük ki, onun statusu hakimiyyətdəki ovqatı müəyyən etmək üçün yetərli hesab edilə bilər.

Sonuncu müsahibəsində S. Novruzov nə demişdi? O, R. İbrahimbəyovun qeydiyyatı üçün gələcəkdə problem ola biləcək əsas nüansları vurğulamışdı. Müsahibədən hakimiyyətin R. İbrahimbəyovu qeydə almamaq niyyətini duymaq elə də çətin deyildi. Etiraf etmək lazımdır ki, YAP funksionerinin müsahibəsində diqqət çəkən məqamlar heç də az deyildi. Elə bu səbəbdən artıq indidən həmin maneələrin bir-bir aradan qaldırılması və dəf edilməsi haqqında düşünmək lazımdır.

Müxalifətin S. Novruzova münasibətini bilirik, bəzən həmin münasibət az qala etinasızlıq səviyyəsinə gəlib çatır.

Müxalifət düşərgəsində çətin izah olunan bir optimizm hökm sürür. Milli Şuranın icra aparatı artıq indidən problemlər haqqında danışmağa imkan vermir, faktiki olaraq heç bir problemin olmadığı görüntüsünü yaratmağa cəhd edirlər.

Amma doğrudanmı problem yoxdur? Var. Ən böyük problem odur ki, seçkiyə bir o qədər də çox vaxt qalmayıb, artıq bəzi məsələləri yoluna qoymağın vaxtıdır.

Müxalifət düşərgəsində çətin izah olunan bir optimizm hökm sürür. Milli Şuranın icra aparatı artıq indidən problemlər haqqında danışmağa imkan vermir, faktiki olaraq heç bir problemin olmadığı görüntüsünü yaratmağa cəhd edirlər.
İndi çox optimist proqnozlar səslənir. Amma kifayət qədər pessimizm yarada biləcək xəbərlər də az deyil - bu il müşahidə missiyasının bir o qədər də güclü olmayacağı gözlənir.

Demirik ki, müxalifət bütün bu problemləri bir jestlə həll etmək iqtidarındadır. Amma düşünürük ki, bu vaxta qədər səslənən bəyanatlarda bir şişirtmə ruhu hiss olunur.

Reallıq isə elədir ki, siyasi proses donub, o, faktiki olaraq yoxdur. Bunun əvəzində isə cürbəcür optimist vədlər səsləndirilir. Ortalıqda təkcə bir nəfər görünür - o da R. İbrahimbəyovdur. Amma güman etməzdik ki, tanınmış ssenarist seçki prosesini bir aktyorun teatrı kimi təsəvvür edirmiş…

Etiraz edib, deyə bilərlər ki, partiyaların işi imza toplamaq zamanı, seçki prosesinə start veriləndə hiss olunacaq. Ola bilər. Amma hələ neçə nəfər üçün imza toplanacağı da bəlli deyil axı!

MİLLİ ŞURA İLƏ, YA MİLLİ ŞURASIZ?

Seçkinin seçkiyə azacıq da olsa bənzəməsi üçün Milli Şuranın iştirakı vacib ola bilərdi. Düşünürük ki, hakimiyyət bunun fərqindədir. Elə onun xırda satellitlərinin siyasi səhnədə hələ qımıldanmaması da onu deməyə əsas verir ki, hakimiyyət məhz Milli Şura üzərində «möhtəşəm» qələbə çalmağa hazırlaşır.

Amma prosesin gedişində ssenariyə düzəlişlər edilə, ona yeni rollar daxil edilə bilər. Xüsusən də nəzərə alsaq ki, bu rollara iddialı adamlar heç də az deyil, vəziyyətin bir o qədər də ürəkaçan olmaması qənaətinə gələ bilərik.

2008-ci ilin prezident seçkisində müxalifət iştirak etməmişdi. Amma buna görə hakimiyyəti ciddi şəkildə qınayan olmadı. İndi də belə fikirlər səslənir ki, Milli Şura seçkiyə yalnız bir namizədlə gedərsə bu təqdirdə hakimiyyət onun namizədini qeydə almağa məcbur olacaq…

Deyə bilərlər ki, bu seçki 2008-ci ilin seçkisindən fərqlənir. Amma ölkənin nə daxilində, nə də xaricində xüsusi bir maraq müşahidə etmirik, hər şey elə əvvəlki illərdə olduğu kimidir, bəlkə də ondan da bir qədər zəifdir…
Fəqət, bu heç də iki üstə gəl iki demək deyil. Bir daha 2008-ci ili yada salmaq istərdik, o vaxt hakimiyyət müxalifətsiz keçinə bildi. İndi niyə keçinməsin?

Deyə bilərlər ki, bu seçki 2008-ci ilin seçkisindən fərqlənir. Amma ölkənin nə daxilində, nə də xaricində xüsusi bir maraq müşahidə etmirik, hər şey elə əvvəlki illərdə olduğu kimidir, bəlkə də ondan da bir qədər zəifdir…

Hakimiyyətin vurğuladığı məqamlardan biri də Milli Şuranın potensial vahid namizədinin elektorat üçün bir qədər az tanış olmasıdır. Təbii ki, bu, çox mübahisəli məqamdır. Amma onu tamam nəzərə almamaq da düzgün deyil.

Bir məsələ var ki, ölkənin hamısı heç də böyük kino mədəniyyəti xiridarları deyil, insanların yalnız ən təhsilli hissəsi Oskar mükafatı kimi məsələlərin fərqindədir.

Elə bu səbəbdən R. İbrahimbəyovun seçicilərlə tanışlıq məsələsi də az əhəmiyyət kəsb etmir. Açığı hətta Milli Şurada təmsil olunan partiyaların sıravi üzvləri üçün R. İbrahimbəyov bir qədər naməlum adamdır. Adi söhbətlər zamanı onlar bunu etiraf etməkdən çəkinmirlər. İnsanların onu bir qədər yaxından tanıması üçün daha sıx təmaslara ehtiyac var. Vaxt isə azdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG