Keçid linkləri

Təcili xəbərlər

Tbilisi toplantısı problemlərə nöqtə qoydumu?


Milli Şuranın Tbilisi toplantısının keçirildiyi mehmanxana
Milli Şuranın Tbilisi toplantısının keçirildiyi mehmanxana
-

CƏNNƏTDƏ BİR GÜN…

Ölkə o qədər qəliz durumdadır ki, müxalifətin hətta Tbilisidəki toplantısına da bir maneə yaradılacağı güman edilirdi. Bu xüsusda Rusiya qəzetlərindən biri daha irəli getmişdi. M. Saakashvili-nin və B. İvanishvili-nin Azərbaycan hökuməti qarşısında özünə necə bəraət qazandıracağını şərh edən qəzet yazmışdı ki, yəqin Tbilisidəki azərbaycanlı diasporu müxalifətin toplandığı yerin qarşısında «etiraz» aksiyası keçirəcək. Qəribədir, deyilmi? Sən demə, hətta uzaq Moskvada da Azərbaycanda müxalifətə qarşı hansı primitiv siyasi üsullardan istifadə edilməsindən xəbərdardırlar.

Amma tədbir insidentsiz sovuşdu. Bundan vəcdə gələn bəzi müxalifətçilər hətta Tbilisini Qafqazın siyasi mərkəzi adlandırmaqdan da çəkinmədi. Nə demək olar? Müəyyən qədər həqiqət var burada. Əgər partiya və təşkilatlar, özü də rəsmi dövlət qeydiyyatından keçənlər, Bakı istisna olmaqla, ölkənin heç bir yerində öz toplantılarını keçirə bilmirsə, onda qonşu Tbilisinin siyasi cənnət kimi görünməsi təəccüblü deyil.

Azərbaycan normal ölkə olsaydı müxalifət şəhərin tünlüyündən, istisindən bir qədər uzaqda, məsələn, Qəbələdə də öz toplantısını keçirə bilərdi. Amma indi bu, mümkün deyil - R. İbrahimbəyovun ölkəyə gəlişinin problemli olması bir tərəfə, heç digər müxalifətçiləri də Bakıdan kənara buraxmırlar, yerli əhali onların gəlişinə «etiraz» edir…

Bir məsələ aydındır və onunla razılaşmaq olar. O da budur ki, bu illər ərzində siyasi müxalifət də nəsə öyrənib, ən azı suallardan diplomatik şəkildə yayınmağı bacarırlar.
Amma bütün bunlar bu gün əsas deyil, çünki insan hər şeyə alışır. Əsas olan budur ki, görək, müxalifət düşərgəsində nələr dəyişdi? Hansı suallar özünün cavabını tapdı?

KİMSƏ NƏSƏ BAŞA DÜŞDÜSƏ…

Bir məsələ aydındır və onunla razılaşmaq olar. O da budur ki, bu illər ərzində siyasi müxalifət də nəsə öyrənib, ən azı suallardan diplomatik şəkildə yayınmağı bacarırlar.

İyulun 31-i ərəfəsində bir neçə izah verildi. Birincisi, deyildi ki, R. İbrahimbəyovun vətəndaşlıq məsələsi həll olunana qədər o, Azərbaycana dönməyəcək. Daha sonra R. İbarihimbəyov özü dedi ki, müxalifət tələb etsə o, onlarla birlikdə Bakıya gələcək. Nəhayət, axırda bildirdilər ki, Milli Şura sədrinin Bakıya dönməsi, ümumiyyətlə, Milli Şuranın qərarından asılı olacaq!

Hələ də başa düşmək olmur ki, R. İbrahimbəyov Moskvada nə gözləyir? Öz vətəndaşlıq məsələsinin həllini, yoxsa Milli Şuranın qərarını?

Yeri gəlmişkən, Rusiya vətəndaşlığından imtina məsələsində bir nüans da istisna olunmur. Məsələ bundadır ki, Milli Şuranın sədri Rusiya vətəndaşlığını qəbul edərkən avtomatik olaraq Azərbaycan vətəndaşlığını itirib, çünki Azərbaycanda ikili vətəndaşlıq institutu yoxdur. Ona görə də o, hələ öz Azərbaycan vətəndaşlığının bərpası ilə də məşğul olmalıdır.

Düzdür, bilmirik, o, bunu necə edib? Nəyi birinci qəbul edib? Azərbaycanın, yoxsa Rusiyanın vətəndaşlığını? Hər halda çox dolaşıq məsələdir və hətta bəzi təhlilçilər burada hüquq pozuntusu elementlərini də görürlər.

Müsavat başqanı hər şey haqqında «zamanı gələndə…» deyir. Belə düşünmək olar ki, sanki müxalifətin sərəncamında çox böyük zaman ehtiyatı var…
Yada salaq ki, vaxtilə B. İvanishvili də həmin problemlə üzləşmişdi. Vətəndaşlıq məsələsinin qaydaya salınmasına bir neçə ay sərf etdi. Nəzərə alaq ki, o, nə az - nə çox Rusiyanın düşməni M. Saakashvili-nin rəqibi idi!

Azərbaycan və Rusiya hakimiyyətlərinin münasibətlərinin dürüst mənzərəsi tam aydın olmasa da, deyə bilərik ki, onlar heç də düşmən deyillər. Üstəlik, istisna deyil ki, rəsmi Bakı bu məsələ ilə bağlı öz «xahiş»ini də artıq Moskvaya çatdırıb…

İ. QƏMBƏR NAMİZƏDLİYİNDƏN İMTİNA EDƏCƏKMİ?

Görüşdən ehtiyat namizəd məsələsilə da bağlı bir yəqinlik əldə olunmadı. Çox çalışdıq verilən bəyanatlardan, müsahibələrdən nəsə başa düşək. Amma iki saatlıq söhbət barədə İ. Qəmbərin verdiyi müsahibə haqqında bircə söz demək olar: o, çox diplomatik şəkildə suallardan yayınmışdı…

Müsavat başqanı hər şey haqqında «zamanı gələndə…» deyir. Belə düşünmək olar ki, sanki müxalifətin sərəncamında çox böyük zaman ehtiyatı var…

Halbuki zaman sonsuz deyil. Üstəlik, Qurban bayramı ilə bağlı seçkinin bir neçə gün irəli çəkiləcəyi də istisna olunmur. Düzdür, burada söhbət cəmi bir neçə gündən gedir, amma hər halda, azalan o cümlədən də müxalifətin hesabında olan zamandır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG