Keçid linkləri

Təcili xəbərlər

Eskpert: «Rusiya ilə müqayisədə bizdə internet qiyməti 10 dəfə bahadı»


Arxiv foto
Arxiv foto
-
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internet qiymətlərinin aşağı salınması ilə bağlı Tarif Şurasına müraciət etməyi planlaşdırır.

Nazir müavini Elmir Vəlizadənin sözlərinə görə, hazırda təkliflər hazırlanır, internet provayderlərlə bu məsələ müzakirə olunur:
«Azərbaycanda internetdən istifadə üçün qiymətlər daha da münasib olacaq. Azərbaycanda İnternet Cəmiyyəti Assosiasiyasının yekun təklifləri əsasında internetin qiymətinin aşağı salınması istiqamətində işlərə başlanacaq».
Nazir müavin İKT ili çərçivəsində ölkədə internetin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər planın uğurla icra olunduğunu da bildirib.

İNTERNETİN QİYMƏTİ NEÇƏYƏDİ?

Azərbaycanda dövlət internet provayderlərin 1 mg internet - 10 manat, özəl provayerlərdə əsasən 15 manatdır.
Ölkədə 30-a qədər özəl, 3 dövlət – Bakinternet, Aztelecom, Azadatacom şirkətləri var.
Osman Gündüz
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda internet qiymətlərinin ucazlaşması istiqamətində aparılan işləri müsbət qiymətləndirir. Amma əlavə edir ki, bu iş düzgün aparılmır:
«Azərbaycan bazarının 50 faizi 3 dövlət müəssisəsinin inhisarındadır. Adicə Rusiya ilə müqayisədə biz də qiymətlər azı 10 dəfə bahadır, üstəlik keyfiyyət də aşağı. İnternet problemini həll etmək üçün ilk növbədə dövlət internet provayderlərinin statusuna aydınlıq gətirilməlidir. Necə olur dövlətin pulu ilə hansısa şirkət kommersiya fəaliyyəti ilə məşğul olur?».
Osman Gündüzün fikrincə dövlət internet provayderlərində internetin qiyməti ucuzlaşarsa digər özəl şirkətlərdə də qiymətləri ucuzlaşdıracaq.
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları (İKT) ili” elan edilib.

Ən son yazılan

XS
SM
MD
LG