Keçid linkləri

-
İranın «Fars» xəbər agentliyi ölkədə sosial şəbəkələrə, o cümlədən «Facebook» və «Twitter» şəbəkəsinə qoyulan süzgəcin aradan qaldırılmasının müvəqqəti xarakter daşıdığı haqda məlumat yayıb.
«Media forum» saytı bildirir ki, agentlik bu məlumatında adını çəkmədiyi bir rəsmiyə istinad edib.

Həmin rəsmi deyib ki, saytlara qoyulan süzgəcin ləğvi haqda xəbər yanlışdır.

Onun sözlərinə görə, süzgəcin götürülməsi ölkənin rabitə və kommunikasiya şirkətində baş verən texniki nasazlıq ucbatından baş verib, müvəqqəti xarakter daşıyır və qadağan olunmuş saytlara yenidən süzgəc qoyulacaq».
İranda sosial şəbəkələrə süzgəc 2009-cu ildə ölkədə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar baş qaldırandan sonra qoyulub.
Söz və ifadə azadlığının müdafiəsi ilə məşğul olan Elektron Sərhədlər Fondunun baş direktoru Jilian York sentyabrın 16-da jurnalistlərə deyib ki, İranda sosial şəbəkələrə qoyulan süzgəcin götürüldüyü haqda xəbərlər əldə edib.
ABŞ-ın “Nyu-York Tayms” və və “Vaşinqton Post” qəzetlərinin 16 sentyabr saylarında da İranda 2009-cu ildən sosial şəbəkələrə qoyulan süzgəcin aradan qaldırıldığı haqda xəbərlər dərc olunub.
XS
SM
MD
LG