Keçid linkləri

-
Statistikanı Facebook açıqlayıb.
Facebook bildirir ki, istifadəçilər 250 milyarddan çox şəkil yükləyiblər. Bu, günə 350 milyon şəkil deməkdir.
Məsələn, Flickr istifadəçiləri hər gün 3,5 milyon foto yükləyirlər.
Facebook onu da bildirir ki, istifadəçilər günə 4,75 milyard "məzmun" - şərh, status, post, video, foto paylaşırlar.
İstifadəçilər gün ərzində 4.5 milyarddan çox "Bəyənmə" düyməsini basırlar, 10 milyondan çox mesaj göndərirlər.
2011-ci ilin ortalarında Facebooka 100 milyard foto yüklənib.
Facebook hesablayıb ki, təxminən hər saata 14 milyard, hər dəqiqəyə 243 milyard, hər saniyəyə 4 min foto yüklənib.
Sosial şəbəkənin 1,15 milyard üzvü var. Bu isə o deməkdir ki, orta hesabla hər istifadəçi 217 foto yükləyib.
Mashable yazır ki, Facebook hər zaman istifadəçilər üçün yeni imkanlar axtarır.
Ötən ay Facebook Foto Albomun Paylaşması funksiyasını işə salıb. Bu imkan verir ki, çoxsaylı istifadəçilər öz şəkillərini eyni alboma yükləsinlər.
XS
SM
MD
LG