Keçid linkləri

Samsung və Apple öz Galaxy, İphone telefonlarını təkmilləşdirməklə məşğul olduğu vaxt hollandiyalı dizayner Dave Hakkens prinsipcə tamamilə yeni smartfon ideyasını təklif edir.

Onun telefonu Phonebloks adlanır.

Adından göründüyü kimi bu telefon bloklardan ibarətdir.

Yeni ideya odur ki, hər bir kəs öz telefonunu uşaqlar üçün lego oyuncaqları kimi özü və istədiyi kimi yığacaq – blok-blok.

Hərə özünə lazım olan ekranı, batareyanı, kameranı və s. –ni qoyacaq.

Dave Hakkensin ideyasına böyük maraq var. Onun Youtube qoyduğu videoya
14 milyon 700 min adam baxıb.

Hakkensin ideyası budur ki, dünyada hər gün milyonlarla adam milyonlarla köhnə elektronikanı atır. Halbuki bunlar lego kimi ylığılsaydı, detallarından istifadə oluna bilərdi.

Bundan başqa detallar nisbətən ucuzdur, nəinki onlardan yığılmış hazır məhsul.

Hakkensin ideyası budur ki, onun təklif etdiyi üsulla mobil telefon adamlara çox ucuz başa gələcək.

Hakkens hələ öz Phonebloks telefonunu düzəltməyib.

Ancaq o öz ideyasını irəli sürəndən sonra soial mediada 800 min adam bu telefonu düzəltməyə pul verməyə hazır olduğunu bildirib.

Hakkensin ideyası nə qədər realdır?

ABŞ-dan olan texnoloji sənaye eksperti Jeff Kagan Phonebloks ideyasını yaxşı ixtira adlandırır. Ancaq deyir ki, bu bazarı dəyişmək çox böyük səy tələb edir.
XS
SM
MD
LG