Keçid linkləri

-
Bu həftə mən Azərbaycanda insan haqlarının sürətlə pisləşən vəziyyətinə diqqət çəkmək üçün bir neçə insan haqları təşkilatlarının Brüsselə, Avropa Parlamentinə olan missiyasına qoşulmuşdum. Bu missiyaya Avropa Parlamenti yanında «Azərbaycanda insan haqları: prezident seçkiləri ərəfəsində ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarına hücumlar Avropa Parlamentinin siyasətində necə əks olunmalıdır?» devizi ilə keçirilən tədbir də daxil idi. Bu tədbirə Avropa Parlamentinin üzvləri Ulrike Lunacek (Avstriya), Leonidas Donskis (Litva) və Ana Gomes (Portuqaliya) ev sahibliyi edirdilər.

Tədbirə çox adam gəlmişdi, hətta gec gələnlər ayaq üstdə qalmalı olmuşdular. Millət vəkilləri Lunacek, Donskis və Gomes Azərbaycanda insan haqları pozuntuları ilə bağlı ciddi narahatlıq ifadə etdilər. Onlar bütün siyasi məhbusların azad olunması üçün Avropa Parlamentini hərəkətə çağırdılar. Gomes bəyan etdi ki, Azərbaycan Avropa regionunda ən çox siyasi məhbusu olan ölkədir. İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov diqqəti sərbəst toplaşma azadlığına qoyulmuş məhdudiyyətlərə çəkdi və vurğuladı ki, hazırda Azərbaycanda siyasi motivlərlə saxlanan və ya həbsxanada olan 100-dən artıq insan var. Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 9 jurnalistin tutulub saxlanması və həbsxanaya göndərilməsi də daxil olmaqla ifadə azadlığı üzərinə hücumlardan, 100-lərlə belə hücumun cəzasız qalmasından və defamasiyaya görə cinayət məsuliyyətinin internetə də şamil edilməsindən söz açdı.

«Human Rights Watch» təşkilatının Cənubi Qafqaz üzrə baş araşdırmaçısı Giorgi Gogia təklif etdi ki, Azərbaycanla hazırda müzakirə edilən Assosiasiya Sazişi də daxil olmaqla, bütün sazişlərə insan haqları məsələsi şərt kimi əlavə edilməlidir. O dedi ki, Azərbaycana təsir etməyin mümkün olmadığı barədə yaranmış təsəvvür yanlışdır, belə ki, Azərbaycan özünün beynəlxalq imici üçün xeyli diqqət və vəsaitlər ayırır.

QEYRİ-DİPLOMATİK MURADOV

Əlbəttə, Azərbaycan hökuməti bu tədbirə biganə qalmamışdı, belə ki, Azərbaycanın Brüsseldəki səfirliyinin azı iki nümayəndəsi, Brüsseldə tədbir

Brüsseldə tədbir

həmçinin hökumətpərəst Avropa Azərbaycan Cəmiyyətinin təmsilçiləri və başqa hökumət lobbiçiləri də tədbirə qatılmışdılar. Bundan əlavə, Azərbaycan parlamentinin üzvləri Fuad MuradovAsim Mollazadə də burada idilər, hərçənd təşkilatçılar onları xüsusi olaraq dəvət etməmişdilər.

Muradov və Mollazadə tədbirin müzakirələr bölümündə çıxış da etdilər. Bu zaman Lunacek onlardan bir neçə dəfə başqalarının çıxışlarına imkan vermək üçün bir qədər yığcam danışmağa dəvət etdi. Muradov diqqəti ölkədəki köçkünlərin vəziyyətinə cəlb edərək insan haqları pozuntusu barədə tənqidləri dəf etməyə çalışdı və Azərbaycanda siyasi məhbusların olması iddialarını qətiyyətlə rədd etdi. Mollazadə isə iddia etdi ki, Azərbaycanda internet azaddır və yazıçı Rafiq Tağı 2011-ci ilin noyabrında «radikal anti-ruhani baxışlarına görə» ona qarşı verilmiş fitva nəticəsində qətlə yetirilib.

Muradov və Mollazadənin çıxışlarında yeni heç nə yox idi, belə ki, onlar adətən hökumət rəsmilərinin və dəstəkçilərinin toxunduqları məqamlardan söhbət açmışdılar. Qeyri-adi görünən Muradovun belə tədbirlərə xas olan diplomatik nəzakətə zidd olaraq davakar və başqalarına hörmətsiz manerası idi. O, ümumən qaba idi, başqalarının sözünü tez-tez kəsir, xüsusilə Lunacek-lə sərt danışır, heç bir inandırıcı əks-arqument gətirmədən Azərbaycana qarşı bütün tənqidləri rədd edirdi.

Rebecca Vincent

Rebecca Vincent

BAKI BÜTÜN TƏDBİRLƏRİ ÖNLƏMƏYƏ ÇALIŞIR

Bilmirəm, Azərbaycan deputatlarının səfərini maliyyələşdirənlər onlardan nə gözləyirdilər, lakin Muradovun davranışı onun tənqidçiləri inandırmaq cəhdlərinin üstündən tamamilə xətt çəkdi. Lakin bütünlükdə onların tədbirə qatılması Azərbaycanın insan haqlarına həsr olunmuş hər hansı beynəlxalq tədbirin hökumət dəstəkçilərinin iştirakı olmadan keçməsinə imkan yaratmamaq cəhdinin tərkib hissəsi kimi görünürdü.

​Məsələn, iyul ayında ABŞ Helsinki Komissiyasının Vaşinqtonda təşkil etdiyi «Narahat partnyor: Azərbaycanda avtoritarlığın yüksəlişi» adlı brifinqə Mollazadə və hakim partiyadan deputat Səməd Seyidov təşrif gətirmişdilər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla yanaşı, Seyidov da çıxışçılardan biri idi və Mollazadə də tədbirin müzakirə hissəsində şərhləri ilə çıxış etdi.

Elə keçən həftə 1news.az saytının redaktoru Rəhman Hacıyev, belə görünür ki, Londona məxsusi olaraq «ReAL» Hərəkatının həmtəsisçisi Erkin Qədirovun sentyabrın 17-də «Chatham House» mərkəzindəki tədbirində iştirak etmək və sentyabrın 18-də 10-dək BBC müxbiri üçün Azərbaycanda seçkiöncəsi insan haqlarının vəziyyətinə dair brifinqdə çıxış etmək üçün gəlmişdi. Sonuncu tədbirdə digər məruzəçi mən idim.

Mollazadə və Seyidovun Vaşinqtona, Hacıyevin isə Londona səfərlərinin hökumət tərəfindənmi maliyyələşdirilməsindən asılı olmayaraq, bu səfər zamanı onları Azərbaycan səfirliklərinin nümayəndələri müşayiət edirdilər və onların çıxışları hökumətin mövqeyini əks etdirirdi. Muradovun Brüsseldəki davranışının əksinə olaraq onlar öz fikirlərini hüsn-rəğbətli bir şəkildə ifadə edə bilirdilər. Yəqin ki, Muradov da növbəti dəfə xaricə səfər etməzdən əvvəl bu diplomatik nəzakət dərsini öyrənə bilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG