Keçid linkləri

-
Facebook sentyabrın 30-da Graph Search axtarış sistemi ilə bağlı yeniliyini elan edib.

Artıq status yeniləmələri, şərh və postları da müzakirə mövzusuna uyğun tapmaq olacaq.

Məsələn, "2013 Seçki postu" və ya elə sadəcə ""2013 Seçki" yazsan, sistem buna uyğun məzmunları tapacaq.

Eyni zamanda istifadəçilər post və şərhləri də dəqiq tarix və ya yer üzrə tapa biləcəklər.

Məsələn, dostum filankəsin ötən aydan bəri şərhlərini yazsan, Graph Search səni əliboş qoymayacaq.

Facebook-un bu yeniliyi hələ ki bütün Graph Search istifadəçiləri üçün əlçatan deyil.

Facebook yetkililəri bildirir ki, hələlik bu funksiya kiçik qrup arasında sınaqdan keçirilir.

Onu da əlavə edək ki, sənin postun "ictimiyyət üçün açıq" paylaşılıbsa, onda Graph Search onu tapa biləcək. Özəl paylaşılan postlar axtarış hədəfi ola bilməyəcək.
XS
SM
MD
LG