Keçid linkləri

Təcili xəbərlər

Ustad ölər, ürəklərə gömülər…


(Soldan sağa) Aktyor Vaqif İbrahimoğlu, rəssam Fırat Doğançay, aktrisa Mehriban Zəki və Tuncel Kurtiz. Bakı 2001-ci il (Fotolar Fırat Doğançayın arxivindən götürülüb)
(Soldan sağa) Aktyor Vaqif İbrahimoğlu, rəssam Fırat Doğançay, aktrisa Mehriban Zəki və Tuncel Kurtiz. Bakı 2001-ci il (Fotolar Fırat Doğançayın arxivindən götürülüb)
-
«Ben ağaçlardan hepsini severim, ama zeytin ağacı bir başka.
Yapraklarıyla barış, altını sarısı yağıyla mutluluktur.
Bir efsane ağaçtır zeytin.
Bu ağaç ne Batılı, ne de Doğuludur, cihanşumüldür»
Bu şeir Türkiyənin ustad sənətçisi ötən həftə sonu mənzilində masadan yıxılaraq dünyasını dəyişmiş Tuncel Kurtizin son şeiridir. Ölümündən sonra açıqlanıb.
Tuncel Kurtiz həvəskar bir fotoqrafın çəkdiyi zeytun şəkillərindən təsirlənib bu şeiri yazıb.
Şeir Tuncel Kurtizin Kazdağı bölgəsində zeytun yığımında min cür əziyyətlər görən həmvətənlərinə həsr edilib.
Tuncel Kurtiz
Tuncel Kurtiz
Təsadüfə bax, üstündən az keçmiş- ötən həftəsonu Tuncel Kurtizi dəfn olunmaq üçün öz məmləkətinə- şəninə son şeirini yazdığı zeytunçuların yanına apardılar…
Tuncel bəy 1936-cı il doğumluydu.
Universitetdə bir neçə ixtisas üzrə təhsil alsa da, heç birini sona çatdırmamışdı.
Sənət həyatına əvvəlcə teatr aktyoru kimi başlayıb, sonra kinoya keçmişdi.
2006-cı ildən seriallarda oynamağa başlamışdı.
Deyilənə görə, ona ən böyük şöhrəti «Ezel» dizisində oynadığı Ramiz dayı obrazı gətirmişdi.
Amma fikrimcə, «Möhtəşəm yüzil »də yaratdığı Abu Suud Əfəndi obrazı onu təkcə bu seriala baxanların deyil, elə hamının sevimlisinə çevirmişdi.
Tuncel Kurtiz sənət həyatı boyunca aktyorluqla yanaşı, rejissor, ssenarist, prodüser kimi də çalışıb.
Yarım əsri aşan sənət həyatında saysız mükafatlar qazanıb. Hətta Berlin Film Festivalının «Ən yaxşı kişi aktyor» nominasiyasında «Gümüş Ayı»ya sahiblənib.
Onun ən dəyərli mükafatı 2011-ci ildə 48-ci Altun Portağal Film Festivalında aldığı «Yaşam Boyu Onur Ödülü»dür.
Tuncel Kurtiz Bakıda dostlarıyla birlikdə (2001-ci il)
Tuncel Kurtiz Bakıda dostlarıyla birlikdə (2001-ci il)
Axı ustad sənətçi bütün həyatı boyu şərəfli, ləyaqətli- onurlu bir ömür yaşayıb…
Tuncel Kurtizin ölümü Türkiyəni yasa boğdu. Ən populyar kanallar proqramlarını dəyişib onun ölümünə üzüldülər.
Ən ünlü aktyorlar gözyaşlarını saxlaya bilməyib hönkürdülər.
Telekanallar vaxtilə onun səsləndirdiyi «Hər kəs ölər, kimi torpağa, kimi ürəklərə gömülər» sözlərini xatırlayaraq, «Ustad ölər…ürəklərə gömülər» başlığıyla canlı bağlantılar qurdular.
Təbii ki, «Möhtəşəm yüzil» serialının payına da böyük itki düşdü.
Dizinin ən koloritli obrazı –Sultan Süleyman Qanuninin tez-tez «Qoca Çələbi» deyə üz tutduğu, məsləhət aldığı Abu Suud Əfəndi artıq həyatda yoxdur.
Ondan ürəklərə gömülən sevgi və son yazdığı şeir qaldı…
Lütfən, bu böyük ustanın 77 yaşında yazdığı son şeirinə siz də qulaq verin və onun ölməz ruhuna dua edin:
«…Yeşil zeytin, kara zeytin, o güzelim zeytin!
Ne diyordu Bedri Rahmi?
“Önde zeytin ağaçları, arkada yar,
Yar, yar, seni karasaplı bir pıçaq kibi sineme sapladılar…”
Sevgili zeytin, seni çok seviyoruz da,
Hak ediyormuyuz acaba?..
Toplanır zeytin, o altın renkli kutsal su,
Kimlerin gücüyle üretilir?
Verilen onca emeyin karşılığı nədir?
Yoksullukmu, hastalıkmı, ölümmü?
Bumu zeytin emekçisinin kaderi?
Ne diyor Cemal Süreyya?
“Şelaleye düşmüşdür zeytinin dali
Celaliyim, Celalisin, Celali…»

Ən son yazılan

XS
SM
MD
LG