Keçid linkləri

-
Facebook ABŞ-ın dörd böyük televiziya şəbəkəsi - ABC, NBC, Fox və CBS üçün həftəlik hesabat hazırlayacaq. Bu hesabat şou və proqramlar barədə sosial müzakirələri əhatə edəcək.

Facebook verilişlərin təsirliliyini öyrənmək üçüb Like-ləri, şərh və paylaşmaları hesaba alacaq.

Dünyanın nəhəng sosial şəbəkəsi dörd televiziyadan 45 şou proqramla bağlı məlumat hazırlayacaq. Üstəlik, televziyalar rəqiblərin də məlumatını görə biləcək.

Facebookun sözçüsü Mashable açıqlamasında deyib ki, onlar yüz milyonlarla istifadəçinin televerilişlər haqqında düşündüklərini bu televiziyalara təqdim edəcəklər.

Bu layihə Facebook üçün yeni deyil. Əvvəllər də kompaniya Oskar mükafatının təqdim edilməsi kimi mərasimlərlə bağlı sosial müzakirələrin hesabatını hazırlayıb.
XS
SM
MD
LG