Keçid linkləri

Təcili xəbərlər

H.Rouhani tarixi bir xəbəri tvit edəndən az sonra pozub


Hassan Rouhani
Hassan Rouhani
-
İran Prezidenti Hassan Rouhani tarixi bir xəbəri tvit edəndən az sonra pozub. Amma daha sonra bu mövzuda tvit-ini davam etdirib.

Söhbət ABŞ prezidenti Barack Obama ilə Rouhaninin telefon danışığından gedir. 1979-cu ildən bəri bu, Amerika ilə İran lideri arasında ilk ünsiyyətdir.

Ötən həftənin beşinci günü Rouhaniyə məxsus olduğu iddia edilən Twitter hesabında o yazıb ki, onunla Barack Obama arasında telefon danışığı olub. Amma dəqiqə keçməmiş bu tvit silinib.

Amma Obama İran prezidenti ilə telefon danışığını mətbuat konfransında təsdiqləyib.

Rouhani İranda islahatçı prezident kimi tanınır. İranda Twitter və Facebooka süzgəc qoyulub.
XS
SM
MD
LG