Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan dilinin yeni klaviaturası tətbiq olunur


Illustration - Censor press keypad on his keyboard. Internet censorship (expurgate, monitoring and control) threat concept.
Illustration - Censor press keypad on his keyboard. Internet censorship (expurgate, monitoring and control) threat concept.
Azərbaycan dilində klaviaturanın yeni düzülüşü hazırlanıb. İnformasiya və rabitə texnologiyaları nazirliyinin təsdiq etdiyi yeni klaviatura artıq Windows 8.1 əməliyyat sisteminin yeni versiyasına daxil edilib. Bu haqda Trend agentliyi məlumat yayıb.

Xəbərdə bildirlir ki, köhnəsi ilə yanaşı istifadə olunan yeni klaviatura Azərbaycan dilinin xüsusiyyətlərini nəzərə aldığından daha sürətli yazılış imkanları yaradır. İllərdir mövcud olan hərflərin düzülüşü sistemi də saxlanılır ki, əli ona öyrəşənlər çətin vəziyyətdə qalmasınlar.

Azərbaycan Elmlər akademiyası tərəfindən hazırlanan yeni düzülüş cəmiyyətdə birmənalı qarşılanmamışdı. Onun tərəfdarlarının əsas arqumentlərindən biri, hərflərin mövcud düzülüşünün əl və bilək əzələlərində "Karpal sindromu" adlı xəstəliyə səbəb olması idi.
XS
SM
MD
LG