Keçid linkləri

.
Elə xalqlar var ki, onların davranışına hətta ötəri bir nəzər salanda dərhal əminlik yaranır ki, bəli, bu xalq mütləq öz istəyinə çatacaq.
Ola bilsin, gürcüləri belələrinə aid etmək ilk baxışda bir az mübahisə və sual doğura bilər, çünki bu xalq da nə az, nə də çox, düz on illərdir ki, doğru və dürüst inkişaf yolu axtarmaqla məşğuldur və hələ də onu tapmayıb.
Amma bu axtarışlardakı qətiyyət, məqsəd və mahiyyət aydınlığı adama belə bir ekstropolyasiya aparmağa imkan verir . Bəli, məsəl var, deyirlər ki, axtaran mütləq tapacaq.
QAFQAZDA DA ƏSL SEÇKİ OLA BİLİRMİ?
Budur, bu ölkədə də prezident seçkilərində «Gürcü arzusu» koalisiyasının təmsilçisi qalib gəldi, «Vahid milli hərəkat» blokunun namizədi də hamıdan əvvəl öz rəqibini təbrik etdi
Qalibin nəticəsi indi səslərin 62 faizini təşkil edir. Təbii ki, bu bir neçə gün ərzində nəticələr bir az da dəqiqləşəcək.
Hər halda bu ölkədəki seçkilər Azərbaycanda keçirilən seçkilərdən fərqlənməli idi. Elə əvvəldən də belə güman olunurdu. Belə ki, Azərbaycanda hakim partiya özünün 89 faizlik «qələbə»sini seçki bitəndən az qala bir -iki saat sonra qeyd etmişdi.
Ona görə də heç təsadüfi deyil ki, ölkə daxilində seçki mövzusu az qala qapansa da, seçkinin nəticələrinə etirazlar yalnız müxalifətin keçirdiyi mitinq və toplantılarda səslənsə də , beynəlxalq dairələr hələ də onun nəticələrini qəbul edə bilmir, çünki 89 faizlik nəticə heç də hamıda seçkiyə etimad yaratmaq iqtidarında deyil.
Bəs Gürcüstandakı seçkilərdə maraq doğuran nə idi? Əsas rəqib tərəflərin hər ikisinin kifayət qədər inzibati resursları vardı, lakin həmin resurslar seçkinin nəticəsinə yox, bilavasitə prosesin özünə təsir edirdi: inzibati resurslar bərabərləşəndə səsvermənin nəticələrini saxtalaşdırmaq o qədər də asan olmur .
Ermənistanda, xüsusən də Azərbaycanda keçirilən seçkilər həmişə mübahisəli olubdur. Düzdür, Ermənistanda nəticələri reallığa daha çox yaxınlaşdırmağa cəhd edirlər .
Azərbaycanda isə, necə deyərlər, ağına-qarasına baxmırlar, lap sovet dövründəki kimi rəqəmləri yüzə yaxınlaşdırırlar, çünki bu hakimiyyət heç cür qəbul edə bilmir ki, yüz minlərlə insan bunlara deyil, müxalifətə səs verə bilər.
Bu mənada Gürcüstandakı seçkilər həm də siyasi test idi. Onlar həm də bir suala cavab verirdilər: Qafqazın hansı bölgəsi demokratiyaya daha yaxındır?
M. Saakashvili prezident seçkiləri zamanı

M. Saakashvili prezident seçkiləri zamanı

Elə seçkinin nəticələrinin də daha çox bir məsələyə- bu il noyabrın sonlarında başa tutacaq Vilnüs sammitinə təsiri daha çox maraq doğurur.
Amma Gürcüstan siyasətindəki bu bir il də az maraq doğurmadı. Nə baş verdi bu ildə?
ÇƏTİN VƏ DÜŞÜNDÜRÜCÜ BİR İL
Çox çətin oldu. Amma müəyyən siyasi dərslər də var.
Birincisi, hakimiyyət dinc yolla verildi. Elə Gürcüstanın özü üçün də bu, yeni praktika idi. Gürcüstanda dinc inqilab olmuşdu, di gəl , hakimiyyətin heç bir inqilab- filan olmadan dinc yolla, özü də yalnız seçki yolu ilə ötürülməsi olmamışdı.
İkincisi, bəzi ölkələrdə, o cümlədən də Azərbaycanda siyasi qüvvələr standart hakimiyyət-müxalifət sxemi çərçivəsində belə birgə fəaliyyət göstərə bilmirlər. Amma Gürcüstanda prezident və baş nazir müxtəlif, hətta əks siyasi cinahları təmsil edirdilər. Təbii ki, çox çətin oldu. Münasibətlər heç də ideal olmadı , hətta qarşıdurmalar yaşandı .
Hamı gözləyirdi ki, prezident M. Saakashvili öz müddətinin baş çatmasını gözləməyərək dərhal istefa verəcək. O, müəyyən mənada buna təhrik də edilirdi. Amma hər halda, bir ili başa vurmaq mümkün oldu.
Üçüncüsü, misal var, deyirlər ki, hakimiyyəti elə al ki, onu verən peşman olmasın. Gürcüstan bir il bu peşmançılıq həddində yaşadı və hər an gözlənirdi ki, prezidentlə baş nazir arasındakı qarşıdurma açıq fazaya keçəcək.
M. Saakashvilinin planları dəqiq məlum deyil. Kimi onun ölkədə qalacağını deyir, kimi də ölkəni tərk edəcəyini iddia edir. Amma ölkədə qalacağı təqdirdə onun yenidən hakimiyyətə qayıtması ən azı nəzəri cəhətdən istisna olunmur
İndi bütün bunlar arxadadır. Hətta o da var ki, prezident postu artıq ölkə siyasətində əvvəlki kimi önəm kəsb etmir.
Bunun bir başqa siyasi nəticəsi də var: bu gün gedənlər sabah qayıda da bilərlər. İndi M. Saakashvilinin planları dəqiq məlum deyil. Kimi onun ölkədə qalacağını deyir, kimi də ölkəni tərk edəcəyini iddia edir.
Amma ölkədə qalacağı təqdirdə onun yenidən hakimiyyətə qayıtması ən azı nəzəri cəhətdən istisna olunmur. Bunun üçün, sadəcə növbəti parlament seçkilərində qalib gəlmək lazımdır.
VİLNÜSƏ KİMLƏR GEDƏCƏK?
Gürcülər özlərini həmişə Qafqazda Avropanın bir hissəsi hesab ediblər. İndi bu hiss də sınağa çəkilir.
Əslində baş nazirin siyasi bleflərini anlamaq üçün əslində bir il yetərli idi.
O, bu bir ildə nə Rusiya ilə münasibətləri yoluna qoya bildi, nə də ki, sovet dövründən sonra bağlanmış zavodları işə saldı.
Hətta bir gün gürcülər ayılıb gördülər ki, Rusiya sərhədçiləri Gürcüstanla Abxaziyanı və Cənubi Osetiyanı tikanlı məftillərlə ayırmaq fikrinə düşüblər.
Amma M. Saakshvilinin də səhvləri heç də az deyildi: əslində onun dediklərinin çoxu düz idi, o, sadəcə hər şeyi öz adı ilə adlandırmağa cəhd edirdi, amma di gəl ki, etdiklərinin bəzisi ehtiyatlı siyasət çərçivələrindən kənara çıxırdı.
Belarus prezidenti A.Lukashenka sammitdə çıxış edərkən Rusiya prezidenti

Belarus prezidenti A.Lukashenka sammitdə çıxış edərkən Rusiya prezidenti

Təəssüf ki, siyasətdə liderlər son nəticədə dedikləri ilə deyil, etdikləri ilə yadda qalırlar.
Bütün hallarda artıq bunlar arxada qalıb. İndi hamını seçkinin Qafqazdakı ümumi siyasi situasiyaya təsiri maraqlandırır.
Gürcüstan Avropa Birliyi ilə assosiativ saziş imzalamaq ərəfəsində idi. Seçkidən sonra bu ölkənin planları dəyişməyəcək ki? Prinsip etibarilə, bunu çox yaxın vaxtlarda bilmək mümkün olacaq.
Qafqazın digər ölkələrinə gəldikdəisə, Ermənistan artıq assosiasiya sazişi imzalamayacağını bəyan edib. Azərbaycan isə bir qədər gözləmə mövqeyi tutub, hərçənd ki, bu ölkənin də bir qədər aşağı çinli məmurları AB-yə «yox» deyiblər.
İ.Əliyevin özü isə susur. Çox maraqlıdır ki , Avropadan ona gələn təbriklərdə açıq mətnlə AB ilə saziş imzalamağa çağırış notları var.
İ. Əliyev bu notları nəzərə alacaqmı? Hələ ki, məlum deyil.
Bu yerdə MDB-nin Minsk sammitindən bir detalı qeyd etmək yerinə düşərdi: Belarus prezidenti A.Lukashenka sammitdə çıxış edərkən Rusiya prezidenti əsnəyirdi, Ermənistan prezidenti S.Sarkisian isə yatırdı…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG