Keçid linkləri

Təcili xəbərlər

Dünyanın 50 ən böyük texnoloji ixtirası


Təkərdən sonra dünya texnologiyasında 25 ən böyük inqilabi ixtira hansılardır? ABŞ-ın Atlantic jurnalı 12 məşhur alimə, mühəndisə bu sualla müraciət edib. Onlardan xahiş olunub ki, bu ixtiraları həm də vaciblik sırası ilə düzsünlər.

Cavablar əsasında Atlantic dünyanın ən böyük 50 ixtirasının siyahısını hazırlayıb. Birinci yeri çap maşını tutub. Televiziya 45-ci yerdədir. İnternet 9-cu yerdə.
Avtomobil 18-dədir. Təyyarə 15-cidir.

Əlifbanın yaradılması 25-ci yerdədir. Penisillin 3-cü yeri tutub.

1. Tipoqrafiya maşını (1430-cu illərdə yaradılıb). Bu çap maşınını 12 alimdən 10-u öz siyahısına salıb. 5 nəfər onu dünyanın 3 ən vacib ixtirası sırasına qoyub. Alimlər çap maşınının belə yüksək qiymət almasını belə izah edirlər ki, kitab çapı ilə bilik sərbəst və geniş yayılmağa başladı.

2. Elektrik ( 19-cu əsrin ikinci yarısı).

3. Penisillin. 1928-ci ildə kəşf olunan pensillin ikinci dünya müharibəsi vaxtı milyonla yaralının həyatını xilas edib.

4. Yarımkeçiricilər (20-ci əsrin ikinci yarısı). Müasir virtual dünya məhz yarımkeçiricilər üzərində qurulub.

5. Optik linzalar (13-cü əsr).

6. Kağız (2-ci əsr).

7. Daxiliyanma mühərriki (19-cu əsrin sonları)

8. Peyvənd (1796-cı il).

9. İnternet (1960-cı illər).

10. Buxar maşını (1712-ci il).

----
16. Fərdi kompüter (1970-ci illər)
--
37. Sement ( 1-ci minillik)
--
42. Kağız pul (11-ci əsr).
--
46. Anestezia (1846-cı il).

--
47. Mıx (Bizim erdan əvvəl 2-ci minillik)
--
48. Ling (bizim eradan əvvəl 3-cü minillik)

Bəs Sizin fikrinizcə, dünyanın 10 ən böyük texnoloji ixtirası hansılardır?

Ən son yazılan

XS
SM
MD
LG