Keçid linkləri

Təcili xəbərlər

İ. Əliyev Vilnüsə niyə gedir?


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
Doğrudan da İ.Əliyev Vilnüsə niyə gedir? Bu, heç də ritorik sual deyil.

Əgər ritorik sual olsaydı onun cavabı bu olardı ki, əgər bir neçə gün bundan əvvəl assosiasiya sazişi imzalamaq qərarını dəyişən Ukrayna prezidenti V.Yanukoviç, açıq mətnlə ölkəsinin Gömrük İttifaqına qoşulacağını bəyan edən S.Sarkisyan və daha avtoritar ölkə olan Belarusun təmsilçisi də Vilnüsə gedirsə, onda İ.Əliyev nə səbəbə ora getməsin?

İ.Əliyev prosesin hansı mərhələsinə qədər getmək fikrindədir?
Demək istədiyimiz budur ki, Vilnüs sammiti heç də prezidentlərin prezentasiyası üçün nəzərdə tutulmayıb. Böyük maraq kəsb edirdi ki, görən sazişi imzalamaq əzmində olan Gürcüstan prezidentindən, onu imzalamayacaq Ukrayna və Ermənistan prezidentlərindən fərqli olaraq İ.Əliyev prosesin hansı mərhələsinə qədər getmək fikrindədir?

Azərbaycanın bu prosesdə iştirakının detalları təəssüf ki, sammit ərəfəsində açıqlanmadı. Ən müxtəlif ehtimallar dolaşır.

Belə fikirlər var ki, Dünya Ticarət Təşkilatına üzv olmadığına görə Azərbaycan onsuz da ümumi ticarət zonası haqqındakı sazişə qoşula bilməyəcək. Amma belə də söhbətlər gəzirdi ki, bu ölkə sadələşmiş viza rejiminə maraq göstərir.

Hətta bu son günlərdə belə xəbərlər də yayıldı ki, guya istisna deyil ki, Azərbaycanda Avrasiya İttifaqına və Avropa Birliyinə münasibət bildirmək üçün referendum keçiriləcək.

Bir sözlə, məsələ tam qaranlıq qalır. Avropa strukturlarına konkret proqramsız səfərlər etmək İ.Əliyevin təcrübəsində çox olub. Bir neçə ay bundan əvvəl də o, Brüsselə səfər etmiş və deyilənlərə görə orada Azərbaycan üçün xüsusi status istəmişdi.

Üçüncü dəfə prezident olandan sonra da...
Amma o vaxt da onun diqqətini assosiasiya sazişinə yönəltmişdilər.
Üçüncü dəfə prezident olandan sonra da Avropadan ona gələn təbrik teleqramlarında bu məsələyə işarələr edilir, Azərbaycan prezidentinə Şərq Tərəfdaşlığı ilə bağlı məsələləri diqqətdə və nəzərdə saxlamaq tövsiyə edilirdi.

İ.ƏLİYEVİN AVROPA XƏTTİ

İ.Əliyevin Avropa ilə zorən əməkdaşlıq etməsi haqda fikirlər çox səslənib. Onlarda haqlı nüanslar olsa da məsələ bir qədər mürəkkəbdir. İ.Əliyev Azərbaycan müxalifətindən başqa heç kimlə münasibətləri axıra qədər korlamağı sevmir.

Onun atası balanslaşdırılmış siyasətdən çox ustalıqla yararlanırdı. İ.Əliyev o dərəcədə siyasi virtuoz olmasa da o da bir çox kritik anları özündən sovuşdura bilib.

Təbii ki, o siyasətdə daim iki ölkənin-Rusiyanın və İranın pressinqini hiss edir. Rusiya onun marağındadır ki, NATO və bir də AB onun nüfuz sferasına daxil olmasın.

Birinci tələbdə müəyyən məntiq olsa da, ikinci ilə bağlı bunu demək çətindir.
Üstəlik, məsələnin qəlizliyi ondadır ki, indi o, çox kəskin şəkildə qoyulub-bir neçə post-sovet ölkəsi həqiqətən də çox ciddi seçim etməlidirlər, onlar ya Rusiyanı, ya da Avropanı seçməlidir.

İrana gəldikdə isə burada da ardıcıl məntiq tapmaq çətindir. İran sadəcə çalışır ki, Azərbaycan diplomatiyasını özünü maraqlarına tabe etsin. Bu ölkə özü indi bütün vasitələrlə Avropa ilə təmaslar axtarır.

İran sadəcə çalışır ki, Azərbaycan diplomatiyasını özünü maraqlarına tabe etsin
Biz İranın siyasətindəki riyanı bir neçə il bundan əvvəl gördük. Azərbaycan Qərb şirkətləri ilə neft sazişləri imzalamaq ərəfəsində olanda İran özünü elə aparırdı ki, sanki bu ölkə həmin şirkətlərin Xəzərə daxil olmasına yol vermək istəmir.

Amma eyni zamanda İranla həmin Qərbə şirkətləri arasında məxfi danışıqların getdiyi də bildirilirdi- İran onları özü ilə əməkdaşlığa cəlb etməyə cəhd edirdi. Bu, təxminən o demək idi ki, mənə olar, amma sizə olmaz!

AYININ QUYRUĞUNU İKİ DƏFƏ TAPDAYANDA…


İndi İ.Əliyev nə edəcək? Bakıda deyirlər ki, bir ildə iki dəfə ayının quyruğunu tapdalamaq olmaz-bu il Qəbələ RLS-i Rusiyadan və ümumiyyətlə, istismardan kənarlaşdırıldı.

Ola bilsin, bu, bir o qədər də önəmli hadisə hesab edilmir. Ən azı ona görə ki, bir neçə ay bundan əvvəl İ.Əliyev həm də Rusiya hərbi gəmisinin göyərtəsində dayanmışdı. Belə işlər də olub.

Amma Rusiyanın bölgədə revanş götürəcəyi haqda da fikirlər səslənir. Bəzi mülahizələrə görə Rusiya Soçi olimpiadasının bitməsini gözləyir. Bundan sonra o, Gürcüstanla münasibətlərinə daha ciddi şəkildə aydınlıq gətirməyə cəhd edəcək.

Əgər Rusiya amili doğrudan da bu qədər real olsaydı...
Nə demək olar? Hər fikirdə bir rasional tərəf olur. Amma Gürcüstan siyasiləri ölkələri üçün rusiyasızlıq dövrünün heç də əbəs keçmədiyi fikrindədirlər. Onlar belə hesab edir ki, Gürcüstan üçün ağır günlər tamam arxada qalıb.

Kim bilir? Bəlkə də onlar haqlıdır. Amma digər yerlərdə də Rusiya amilinə bir o qədər də önəm vermirlər. Əgər Rusiya amili doğrudan da bu qədər real olsaydı böyük ehtimalla Avropa assosiasiya sazişi məsələsində bu qədər israrlı görünməzdi…


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG