Keçid linkləri

Təcili xəbərlər

Rusiyanın Azərbaycana hansı təsir imkanları qalır?


Arxiv foto - Kremlin fonunda Avropa Birliyinin bayrağı. 18 mart 2007
Arxiv foto - Kremlin fonunda Avropa Birliyinin bayrağı. 18 mart 2007
.
Razi Nurullayev

"Region" Beynəlxalq Analitik Mərkəz (RBAM) rəhbəri Razi Nurullayev Latviyada zirvə toplantısı öncəsi Rusiya-Azərbaycan və Azərbaycan-Avropa Birliyi ilişgilərinə dair mülahizələrini təqdim edir.

Rusiya özünü hazırda sabiq ağa rolunda hiss edir. Amma, ağa olsa da hökmünü itirib. Artıq keçmiş sovet respublikaları müstəqil dövlətlərdir. Rusiya bunu dərk etsə də, həzm edə bilmir. Çünki, keçmiş sovet respublikalarının dəstəyi olmadan onun qlobal gücə çevrilməsi qaranlıqdır. O, isə bu gün qlobal olaraq iqtisadi və siyasi gücə çevrilmək üçün səylərini artırıb.

Ədalət naminə demək lazımdır ki, SSRİ-nin varisi hesab olunan Rusiya artıq iqtisadi və siyasi gücə çevrilə bilib. SSRİ zamanında olduğu kimi möhtəşəm olmasa da bu yolda inamla irəliləmək niyyətini ortaya qoyub.

Rusiyanın Azərbaycana təzqyiqi özünü bir neçə istiqamətdə göstərə bilər.

Birincisi Rusiyanın imperik iddiaları hələ də qüvvədədir. Rusiya bu gün də dünya miqyasında həlledici qüvvəyə, siyasi gücə çevrilmək niyyətindədir. Putinin yaratdığı Gömrük İttifaqı və Avrasiya İttifaqı bunun ilkin təzahürləridir.

Hazırda Rusiya iqtisadi cəhətdən zəif ölkə deyil. Yalnızca neftdən kifayət qədər vəsait əldə edir. Ola bilsin Rusiya yaxın 10 ildə dünyada iqtisadi cəhətdən ən güclü ölkələrdən birinə çevriləcək. Hazırda o, dollar ekvivalenti ilə 9-cu ən böyük iqtisadiyyata malikdir.

Bununla paralel dünyada qlobal siyasi gücə çevrilmə iddiasını da ortaya qoyur.
Razi Nurullayev
Razi Nurullayev

Keçmiş Sovet Respublikalarının Avropaya inteqrasiyasının qarşısını almaq üçün atdığı addımların artıq Azərbaycana təsiri var. Rusiya Beynəlxalq Avtomobil Şirkətləri Assosasiyası qurumunun üzvlüyündə fəaliyyətini dayandıraraq, onunla bağladığı bütün tranzit müqavilələrdən imtina edir.

Bu o deməkdir ki, Rusiya ərazisindən keçərək, Avropaya mal daşıyan Azərbaycana məxsus yük maşınlarının hərəkətində və avtomobil sığortası məsələsində problem yaranacaq.

Rusiya keçmiş Sovet Respulikalarına daha çox iqtisadi təzyiq göstərir. Bu da bir çox ölkələrdə, məsələn Ukraynada daha çox özünü biruzə verir.

İkinci bir məsələ Dağlıq Qarabağ münaqişəsini Rusiyanın siyasi bir alət kimi istifadə etməsidir. Rusiya istənilən məqam və gündə cəbhə bölgəsində vəziyyəti gərginləşdirə bilər. O problemi yaradır və sonra yaratdığı problemin həlli üçün öz köməyini təklif edir. Bu çoxdan sınaqdan çıxmış bir strategiyadır.

Üçüncü məsələ, Rusiyanın Azərbaycana hələ də təsir imkanlarının olmasıdır. Rusiyanın maraqlarını müdafiə edən bir çox ictimai və siyasi təşkilatlar var. Onların əli ilə Rusiya ölkədə stabilliyin pozulması üçün addımlar ata, cənub və şimal rayonunda etnik zəmində baş verən bir çox münaqişələrin müəllifi ola bilər.

Dördüncü ən böyük və ağrılı məsələ əmək miqrantları ilə bağlıdır. Bu günə qədər miqrantlarla bağlı kifayət qədər problem olsa da, bu dərəcədə iqtisadi və siyasi çəkiyə mindirilməmişdi. Elə Orxan Zeynalov məsələsinin bu cür siyasiləşdirilməsi Rusiyanın planlarınını çılpaq şəkildə bizə göstərdi.

Azərbaycanın Vilnüsdə Avropa İttifaqı çərçivəsində Şərq Tərəfdaşlığı sammitində iştirakının Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərəcəyi bəllidir.

Azərbaycanın Avropa İttifaqı ilə quracağı əməkdaşlıqdan sonra ola bilsin ki, Rusiya miqrantlarla necə rəftar edəcəyini özü üçün müəyyənləşdirəcək. Əgər Azərbaycan Avropaya inteqrasiya yolunu seçərsə, Rusiya ölkəmizə hücum yolunu seçəcək və dekabrdan başlayaraq orada sənədsiz yaşayan həmvətənlərimizi ölkəmizə deportasiya edilməsini sürətləndirəcəkdir.

Amma, düşünürəm ki, Azərbaycan Avropa Birliyi və Rusiya ilə eyni məsafədə qalmağa üstünlük verəcək. Azərbaycan həm Rusiya, həm də Avropa Birliyi ilə əməkdaşlıq məsələsində hər ikisini asılı vəziyyətdə saxlayacaq. Çünki iki qurumdan birini seçmək artıq onun yolunu müəyyən etməsidir. Azərbaycan hakimiyyətində isə belə istək heç görünmür.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG