Keçid linkləri

Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramı (PİSA) 2012-ci ildə müxtəlif ölkələrdə 15 yaşlı məktəblilər arasında keçirdiyi testin nəticələrini açıqlayıb.

Testin məqsədi şagirdlərin riyaziyyat, təbiət elmləri sahəsində biliklərini və eləcə də oxumaq bacarığını müəyyən etmək idi.

Bütün dünyada riyaziyyatda ən yüksək nəticəni Şanxay (Çin) məktəbliləri göstərib – 613 bal.

İkinci yerdə Sinqapurdur – 573 bal.

Sonrakı yerlərdə

Honq Kong – 561 bal
Tayvan – 560 bal
Cənubi Koreya - 554 bal
Macao ( Çin) - 538 bal
Yaponiya – 536 bal
Lixtenşteyn – 535 bal
İsveçrə - 531 bal
Hollandiya – 523 bal gəlir.

Təbiət elmlərində və üzündən oxumaq bacarığında da Şanxay məktəbliləri birinci yerdədir.

ATƏT-in rəhbərliyi ilə keçirilən bu test proqramına Azərbaycan hələlik aid edilməyib.

Azərbaycanın qonşularından Rusiya məktəbliləri riyaziyyat sahəsində test keçirilən 65 ölkə üzrə orta nəticəni göstərib. Rusiyada məktəblilərin göstəricisi Portuqaliya, İspaniya, İtaliya məktəblilərinin göstəricisi səviyyəsindədir, ancaq bir az aşağıdır.

Rusiyadan iki pillə aşağıda isə ABŞ məktəbliləridir.

Testin ortaya çıxardığı ümumi nəticələrdən biri də budur ki, riyazi biliklərdə oğlanlar qızlardan daha yaxşı nəticə göstərir.

65 ölkədən 37-sində oğlanlar qızlardan daha çox bal yığıb. 5 ölkədə isə qızlar riyaziyatda birinci olub.

Şərhləri göstər

XS
SM
MD
LG