Keçid linkləri

Təcili xəbərlər

Almaniyada 16 milyon e-mail oğurlanıb


arxiv foto
arxiv foto
-
Almaniyada 16 milyon e-mail hesabı oğurlanıb. Bu barədə Almaniya Təhlükəsizlik Təşkilatı xəbər yayıb.

Məlumata görə, hakerlər təkmilləşdirdikləri bir proqram hesabına Almaniyada milyonlarca kompüterə girməyi bacarıblar. Kompüterlərə girdikdən sonra istifadəçilərin e-mail adreslərini hədəf alan hakerlər 16 milyon e-mail hesabının şifrəsini oğurlayıblar. Təşkilat haker hücumları ilə bağlı ətraflı bilgi verməsə də, hazırladıqları bir saytla istifadəçilərin bu hücumlardan zərər görüb-görmədiyini yoxlamağa çalışıb.

Mütəxəssislər kiber hücumların təxminən Almaniya əhalisinin yarısına təsir etdiyinə diqqət çəkiblər.
XS
SM
MD
LG