Keçid linkləri

Təcili xəbərlər

Google internetin keyfiyyətini ölçür


Google
Google
-
Google Youtube-da internet bağlantısının keyfiyyətini ölçməyə imkanı verən Video Quality Report xidmətini başladıb. Bu xidmət əgər internet provayder Youtube videolarını HD keyfiyyətində 90 faiz nisbətində yükləyə bilirsə, ona “YouTube HD Verified” ünvanı verir. Bu da internet provayderin yüksək sürət verdiyini göstərir.

Beləliklə, Youtube videolarını izləməkdə çətinlik yaşayan və bunun üçün Youtube-u təqsirləndirən istifadəçilərə Google bir növ “problem sizin provayderinizdədir” demək istəyir. İnternet bağlantısı keyfiyyətsizdirsə, videolar tez-tez tutulur, istifadəçi videoları izləyə bilmir.

Hələlik bu xidmət yalnız Kanadada istifadə edilir, yaxın zamanda digər ölkələrdə də xidmətin aktiv olacağı gözlənilir.
XS
SM
MD
LG