Keçid linkləri

Təcili xəbərlər

Twitter özünün Android tətbiqini yeniləyib


Arxiv fotosu
Arxiv fotosu
-
Bazar ertəsi Twitter özünün Android tətbiqini yeniləyib. Yeni proqram əlavəsi mikrobloqda fotoların redaktəsini, paylaşma və kəşf özəllikərini sadələşdirir. Yenilik barədə Twitter mühəndisi Matt Beland öz bloqunda məlumat verib.

İstifadəçilər indi şəkilləri paylaşmazdan öncə onları eninə və ya dördbucaq şəklində kəsə, fırlada bilərlər. Tətbiq imkan verir ki, istifadəçilər şəkilləri yüklədikdən sonra dostlarına bu haqda xəbər göndərsinlər.

Bu, twitterin foto ilə bağlı etdiyi ilk yenilik deyil. Dekabr ayında da twitter fotoları birbaşa mesajla paylaşmaq imkanı yaratmışdı.

Yenilənən tətbiq istifadəçilərin yeni materialların axtarışı üçün fərqli bir üsul da əlavə edib. İstifadəçilər “timeline”larını yeniləyərkən əgər yeni tvit yoxdursa, bunun yerinə izləmək üçün tövsiyə olunan səhifələr, məşhur tvitlər, bu sosial şəbəkədə daha çox əks-səda yaradan mövzuları görürlər. ABŞ sakinləri twitterdə həm də xəbərlər, əyləncə və idman yenilikləri ilə tanış ola biləcəklər.

Yenilənən twitter tətbiqi Google Play Store.-da artıq mövcuddur Twitter texniki yeniliklərini tezliklə, Apple məhsulları (iOS platforması) üçün də tətbiq etməyi nəzərdə tutur.
XS
SM
MD
LG