Keçid linkləri

Təcili xəbərlər

Facebook-da mahnı paylaşdılar, işə düşdülər


Facebook
Facebook
-
Amerikalı müğənni və söz yazarı Prince canlı çıxışlarının yazılarını internetdə yayan fanatlarına 22 milyon dollar təzminat iddiası açıb. “BBC Türk”ün yazdığına görə, 22 fanat, Prince Rogers Nelsonun pirat səs yazılarını Facebook və bloqlar vasitəsilə yaymaqda təqsirləndirilir.

Heyranlarının məsələyə reaksiyaları isə müxtəlifdir. Fanatlarından biri Prince pərəstişkarlarının forum səhifəsinə “Belə addımları ilə daha çox fanat itirir” yazıb. Bəzi fanatları isə onun bu addımını, geniş repertuarını qoruma haqqı sayıb dəstəkləyirlər.
İddia ərizəsində, Prince-ə aid bir çox materialın pirat yollarla yüz dəfələrlə paylaşım saytlarına yükləndiyi bildirilir. Facebook–da və bloqlardakı bağlantılarla , “Purple Rain”, “Little Red Corvette” kimi klassik mahnılarının canlı ifasının səs yazılarının yüklənildiyi bildirilir.

Prince.org saytında şərh yazan fanatları təəccüblü olsa da, bu addımın Prince-in xarakterinə uyğun olduğunu qeyd edirlər.

55 yaşlı müğənni daha əvvəl də mahnılarının icazəsiz şəkildə yayımlanmasına qarşı hüquqi addımlar atmışdı. O, 2007-ci ildə pirat materiallara çatımlılığı asanlaşdıran “Pirat Bay” internet saytına qarşı da məhkəmə işi açmışdı.

Müğənninin yeni “Plectrum Electrum” adlı albomunun ilin sonunadek işıq üzü görəcəyi deyilir.
XS
SM
MD
LG