Keçid linkləri

Təcili xəbərlər

Facebook xəbərlərin oxunması üçün tətbiq yaradıb


Facebook
Facebook
-
Facebook fevralın 3-də “Paper” tətbiqini təqdim edib. Tətbiq Facebook sosial şəbəkəsində dərc edilmiş xəbər və başqa yazıların oxunması üçün nəzərdə tutulub.

“Paper” tətbiqi dostlar, ictimai şəxslər, şirkətlər və kütləvi informasiya vasitələri tərəfindən tərtib edilmiş xəbərləri oxumağa icazə verir. Xəbərlər tematik kateqoriyalar üzrə çeşidlənir.

Bu və ya digər xəbəri oxumaq üçün onu tərtib edən şəxsin səhifəsinə abunə yazılmaq vacib deyil. Proqram maraqlı xəbərləri özü aşkar edərək onları kateqoriyalar üzrə çeşidləyir.

“Paper” üçün xəbərlərin axtarışı və seçilməsi qismən avtomatik (layklar və başqa məlumatlar əsasında), qismən “Facebook2un redaktorlar komandası tərəfindən seçilir.

Proqram rəsmən xəbər oxumaq üçün tanıdılsa da, o, Facebook-un mobil tətbiqləri kimi mesajlar yazmağa, xəbərdarlıqlara baxmağa və axtarış etməyə icazə verir.

Hələ ki “Paper” yalnız “iOS 7” platforması əsasında işləyən “iPhone” və “iPod touch” qurğularında əlçatandır. Facebook proqramın digər platformalarlı telefonlar, planşetlər üçün versiyalarının çıxarılacağı ilə bağlı heç bir açıqlama verməyib. Sözügedən tətbiq hələ ki, yalnız ABŞ istifadəçilərinə əlçatandır.
XS
SM
MD
LG