Keçid linkləri

-
Youtube video portalının rəhbəri dəyişib. 2006-cı ildən bu günədək Google-un tərkibində olan Youtube-un yeni rəhbəri Susan Wojcicki təyin edilib.

Susan Wojcicki Google-un ilk işçilərindəndir (16 nömrəli işçisi). O, əvvəl Youtube-a rəhbərlik edən Google-un 9 nömrəli işçisi Salar Kamangarı əvəz edib. Keçmiş rəhbərin yeni vəzifəsi isə hələlik açıqlanmır.

Yeni rəhbər Susan Wojcicki illərdir Google-un reklam departamentində çalışıb. Məhz bu baxımdan Google-un online video bazarında reklam gəlirlərini artırmağa əsas önəm verəcəyi gözlənilir.
XS
SM
MD
LG