Keçid linkləri

Dünyanın diqqəti Soçidən sonra Bakıda olacaq...


Azerbaijan -- Rebecca Vincent, foremer US diplomat and human rights activist, undated

Azerbaijan -- Rebecca Vincent, foremer US diplomat and human rights activist, undated


Dünyanın diqqəti bu gün Rusiyanın Soçi şəhərində açılan Qış Olimpiadasındadır. Bu diqqətin içərisində oyunlara hazırlığın gedişində yol verilmiş qüsurlar və korrupsiya iddiaları, ölkədəki insan haqları da var.

Soçidən çox da uzaq olmayan Azərbaycandan yanvarın 28-də təzə xəbər gəlib: 2015-ci ilin iyununda Bakıda açılacaq Avropa Olimpiya Oyunlarına 500 gün qalır. İlk dəfə keçirlən Avropa Olimpiadasında Avropa Olimpiya Komitəsinə daxil 49 ölkə idmanın 7 növü üzrə seçmə mərhələsi üzrə mübarizə aparacaq. Ümumilikdə isə, təşkilatçılar bildiriblər ki, 18 idman növü üzrə 5 400 idmançının yarışacağını gözləyirlər.

Azərbaycan son illərdə iri beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübə qazanıb. Təkcə 2012-ci ildə Bakıda Eurovision mahnı müsabiqəsi, FİFA-nın qadınlar arasında U-17 çempionatı, İnternet İdarəetməsi Forumu (Internet Governance Forum) keçirilib. Lakin geniş yayılmış korrupsiya burada da Soçi ilə bağlı qaldırılmış iddialara bənzər məqamların olması barədə müəyyən mülahizələrə imkan verir.

Narahatlığa daha bir səbəb Azərbaycan hakimiyyətinin adətən belə tədbirlər ərəfəsində üzləşdiyi beynəlxalq tənqidlərə aqressiv reaksiya verməsi, bu tədbirlərin ərəfəsində tənqidi səsləri intensiv şəkildə susdurmağa cəhd göstərməsidir.

Belə tədbirlərin ərəfəsində həmçinin mülkiyyət haqlarının pozulması halları baş verir. Eurovision müsabiqəsinin keçirildiyi Crystal Hall sarayının tikilməsi zamanı olduğu kimi, “şəhərin gözəlləşdirilməsi naminə” minlərlə bakılı zorla evlərindən çıxarılır.
Bəlkə də prezident Əliyev Soçi Olimpiadası ərəfəsində bir neçə tanınmış siyasi məhbusu azad etmiş Putindən nümunə götürəcək. Amma bəlkə də o, başqa yol seçərək daha sərt addımlarla hökumətinin vəd etdiyi demokratikləşdirmə yolundan daha da kənara sapacaq.

Görəsən, Azərbaycan hakimiyyəti Avropa Olimpiadası ərəfəsində hansı addımları atacaq?

Bəlkə də prezident Əliyev Soçi Olimpiadası ərəfəsində bir neçə tanınmış siyasi məhbusu azad etmiş Putindən nümunə götürəcək. Amma bəlkə də o, başqa yol seçərək daha sərt qanunvericilik aktları qəbul edəcək və öz hökumətinin vəd etdiyi demokratikləşdirmə yolundan daha da kənara sapacaq.

Keçmiş təcrübə göstərir ki, biz Avropa Olimpiadası ərəfəsində də ölkədə insan haqlarının daha intesiv pozulması hallarının şahidi olacağıq. Lakin bu tədbirin geniş beynəlxalq işıqlandırılması bəzi müsbət addımlara səbəb ola bilər.

Lap elə siyasi jest kimi də siyasi məhbusların azad edilməsi alqışlanan bir addım olardı. Yerli insan haqları qruplarının verdiyi məlumata görə, hazırda Azərbaycanda 133 siyasi məhbus var. Əlbəttə, daha çox alqışlanacaq addım son illərdə ölkəni bürümüş siyasi motivli həbslərə son qoyulması olardı.

Eurovision mahnı müsabiqəsində olduğu kimi Avropa Olimpiadası zamanı da beynəlxalq birlik Azərbaycanda insan haqlarının vəziyyətini öyrənməyə çalışacaq. Lakin əsas məsələ bu problemə uzaqdan-uzağa baxmaq deyil, ölkədə davam edən və geniş yayılmış pozuntular barədə konkret beynəlxalq tədbirlər görməkdir. Əks halda, yenə də beynəlxalq medianın nəzərləri oyunlardan çəkilən kimi, təqiblərə məruz qalan Azərbaycanın mərd jurnalsitləri, insan haqları müdafiəçiləri və siyasi fəalları olacaq.


ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Rebecca Vincet
hazırda beynəlxalq insan haqları fəalıdır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma fikirlərini yaz, polemikaya sən də qoşul.

Şərhləri göstər

XS
SM
MD
LG