Keçid linkləri

Soçi olimpiadasının yeni tualet memi


Russia -- At Vasily Slonov's Welcome! Sochi-2014 exhibition dedicated to the 22nd Winter Olympic Games, Perm, 11Jun2013

Russia -- At Vasily Slonov's Welcome! Sochi-2014 exhibition dedicated to the 22nd Winter Olympic Games, Perm, 11Jun2013

Mem (meme və ya meem) - sosial şəbəkələrdə sürətlə yayılan hansısa hadisədir. Soçi olimpiadasının ilk memi qoşa unitazlı tualetlər idi. Tikinti seytnotunun daha bir nəticəsi kimi təşkilatçılar rahatlıq otağında 2 unitaz quraşdırmışdılar. Görünür santexniklər sadəcə olaraq bide ilə unitazı səhv salmışdılar. Qoşa unitazların qarşısında ancaq tənbəl xarcilər şəkil çəkdirib dostrları ilə paylaşmamışdılar.

Bu günlərdə eyni mövzu yeni hadisə ilə zənginləşib. ABŞ bobsleycisi Johnny Quinn duş qəbul edəndə qapı öz-özünə killidlənir. Quinn "sehrli hamam otağı" həbsindən azad olmağın qapını sındırmaqdan başqa yolunu tapmır. Vaxtilə amerika futbolçusu olmuş BU idamnçıya yumruqla qapıda deşik açmaq xüsusi çətinlik törətmir.

Bundan sonra onun çəkdiyi foto tvitterdə ildırım sürətilə yayılmağa başlayır.

Quinn yazır: "Telefonum olmadığından mən bobsleyi itələmək üçün məşqlərdən keçmiş əzələlərimi özümə yol acmaq üçün sitifadə etdim "

Şərhləri göstər

XS
SM
MD
LG