Keçid linkləri

-
Facebook rəhbəri Mark Zuckerberg və həyat yoldaşı Priscilla Chan 2013-cü ildə Amerikanın ən səxavətli xeyriyyəçiləri olublar.

Belə ki, onlar 992 milyon dollar ianə etməklə, “The Chronecle of Philanthropy” qəzetinin hazırladığı 2013-cü ilin ən səxavətli xeyriyyəçiləri siyahısında birinci yerdə qərarlaşıblar.

Mark Zuckerberq və xanımı Facebook-un 992 milyon dollar dəyərində 18 milyon səhmini Silikon vadisində yerləşən xeyriyyə təşkilatına ianə ediblər.

Amerikada 2013-cü ildə ianələrin ümumi məbləği 7,7 milyard dollar olub. Məşhur iş adamı Michael Blomberg 452 milyon dollar ianə etməklə, siyahıda dördüncü yeri tutub. Microsoft-un yaradıcısı Bill Gates 2013-cü ildə 181 milyon dollar ianə etsə də, siyhıda yer almayıb. Çünki Bill Gates 2014-cü ildə etməyi nəzərdə tutmuşdu. Buna görə də, onun etdiyi ianə 2004-cü ildə edilmiş kimi qəbul edilib.

“The Chronicle of Philanthropy” qəzetinin yazdığına görə, Amerikalı xeyriyyəçilər 2013-cü ildə ümumilikdə, 2,9 milyard dollar ianə etməyi praqnozlaşdırıblarmış.
XS
SM
MD
LG