Keçid linkləri

Təcili xəbərlər

İnsan beyninin modeli yaradılır


insan beyni
insan beyni
-
Dünyanın səksən aparıcı universiteti yaxın on il ərzində insan beyninin tam molekulyar modelini yaratmaq üçün səylərini birləşdirib.

Belə ki, “Brainome” adlandırılan layihənin məqsədi süni yolla insan beyninin strukturunun yaradılmasıdır. Bunun nəticəsində beynin iş fəaliyyətini anlamaqda yeni səviyyəyə nail olunacaq.

İnsan beyninin kodunun açılması ayrıca neyrona – onun fəaliyyət strukturunun əsasını təşkil edən xüsusi hüceyrəyə çatdırılacaq. Nəticədə alimlər kompyuter sistemləri vasitəsilə insan beyninin tam ilk analoqunu yaratmaq imkanı əldə edəcəklər.

Bəzi mütəxəssislər hesab edirlər ki, “Brainome” layihəsi insan beyninin analoji prinsipləri əsasında fəaliyyət göstərəcək inqilabi kompyuter texnologiyalarının əsasını qoymağa imkan verəcək.

Layihədə Avropa İttifaqının iyirmi iki ölkəsinin universitetləri, eləcə də ABŞ, Çin və Yaponiya universitetləri iştirak edir.
XS
SM
MD
LG