Keçid linkləri

Təcili xəbərlər

WhatsApp-da zəng xidməti də olacaq


WhatsApp
WhatsApp
-
Mobil mesaj tətbiqi (application) WhatsApp-da zəng xidməti işə düşəcək. Bu barədə Barselonada start götürən "Mobile World Congress" sərgisində tətbiqin yaradıcıları məlumat verib.

Məlumata görə, xidmət bu ilin ortalarında istifadəçilərə təqdim ediləcək. Beləliklə, Facebook tərəfindən 19 milyard dollara satın alınan WhatsApp-da istifadəçilər səsli zəng də edə biləcəklər.

Zəng etmək imkanı ilk öncə "Android" və "iPhone" platformalarında işə salınacaq. Bundan sonra funksiya "Windows Phone" qurğularında və "BlackBerry"nin bəzi modellərində əlçatan olacaq.
XS
SM
MD
LG