Keçid linkləri

Google sirrli tikilisini San Fransiskodan uzaqlaşdırır (VİDEO)


Ötən ilin oktyabrından Google şirkəti San Fransisko körfəzində konteynerlərdən ibarət qurğu inşa etməyə başlayanda müxtəlif şaiyələr gəzirdi ki, dünyanın ən böyük texnologiya şirkətlərindən birinin belə bir tikiləyə olan ehtiyacının arxasında duran nədir? Adamın ağlına gələn ilk fikir - dünyanın ən güclü kompüteri...

Google özü qeydiyyat sənədlərində tikilinin incəsənət qutğusu olduğunu yazır. Lakin San Fransiskonun tikintiyə nəzarət qurumları onun inşasını aparan şirkətin tikinti lisenziyası olmadığını bəyan edir.

Nəhayət Google şirkəti vəziyyətdən çıxmaq üçün konteyner tikilisini Kaliforniyanın San Joaquin çayı ilə Stokton şəhərinə aparmaq qərarına gəlir. İki yedək qayığı müəmmalı tikilinin olduğu barjanı 100 kilometrdən artıq bir məsafəyə dartıb aparacaq.

Reuters xəbər veriri ki, Google Stokton bələdiyyəsi ilə 1 aylıq razılaşma əldə edib.

Konteynerlər toplusnun sonu necə olacaq, hələ ki, məlum deyil.
XS
SM
MD
LG