Keçid linkləri

-
Almaniyanın Münhen şəhərində bir gəncin «facebook» və «WhatsApp»a girişi qadağan olunub.

Belə ki, 21 yaşlı gənc «Facebook» və «WhatsApp»da qızları şantaj edərək çılpaq şəkillərini istəməkdə və internetdə yaymaqda təqsirli bilinərək məhkəməyə çıxarılıb. Məhkəmə onun 6 ay «Facebook»a və «WhatsApp»a girməsini yasaqlayıb. Həmin müddətdə o bu addımı atarsa, iki il həbs cəzası alacaq.

Gəncin 2011-ci ildən bəri 6 qıza bu cür addım atdığı bəlli olub. Ən son isə 17 yaşlı bir qızı kamera qarşısında təhdid edərək soyunmağa məcbur edib və daha sonra bu görüntüləri internetdə yayıb. Bu video qızın yaşadığı qəsəbədə tanıdıqları tərəfindən izlənib. Psixoloji sarsıntı keçirən qızın ailəsi oğlanı məhkəməyə verib.

Oğlan etdiklərindən zərər çəkən qızlara 500 avro təzminat da ödəməlidir.
XS
SM
MD
LG