Keçid linkləri

Təcili xəbərlər

«Google» Türkiyənin internet provayderlərini saxtakarlıqda ittiham edir


Google
Google
-
Türkiyənin bir sıra internet provayderləri Google domain sistemi xidmətinə (DNS) müdaxilə edərək internet ünvanlarını saxtalaşdırır. Bu haqda xəbər verən Google-un təhlükəsizlik bloqunda yazılır ki, saxtakarlığı həm Google-a etibarlı mənbələrdən daxil olan məlumatlar, həm də Google-un özünün aparığı araşdırmalar təsdiq edir.

DNS serverləri axtardığınız internet səhifələrinin hansı ünvanda yerləşdiyini sizin kompyuterə göstərir. İstifadəçilər arasında “google etmək” kimi tanınan bu proses axtardığınız Tvitter, YouTube və ya hansısa digər saytların tapılmasının ən qısa yollarından biridir. Google bloqunun müəllifi Steven Carstensen bu prosesi telefon kitabçalarına bənzədir və yazır:

“Təsəvvür edin ki, kimsə sizin telefon kitabçanızı dəyişir. Bu kitabçanın əvvəlkindən demək olar ki, fərqi yoxdur. Sadəcə bəzi telefon nömrələri yanlış verilib. Türkiyədə baş verənlər də buna bənzəyir: İnternet provayderləri Google DNS xidmətini xatırladan saxta serverlər yaradıblar”.
XS
SM
MD
LG