Keçid linkləri

Təcili xəbərlər

Putinin qara siyahisi. Növbə kimindir?


Moldova.6 aprel/ Rusiyanın Krımı ilhaq etməsini pisləyən etirazçı Rusiya prezidenti V. Putinin şəklini yandırır.
Moldova.6 aprel/ Rusiyanın Krımı ilhaq etməsini pisləyən etirazçı Rusiya prezidenti V. Putinin şəklini yandırır.
-

Rusiya mediasının fəaliyyəti indi geosiyasi mərkəzin işini xatırladır. Deyəsən, «SSRİ oyunu» adi ritorika olmaqdan kənara çıxaraq ciddi çalarlar alır. Adam buna inana bilmir, daha doğrusu, inanmaq istəmir. Amma 230 il bundan əvvəl çariça 2-ci Yekaterina-nın (Catherine) manifesti ilə Rusiyaya birləşdirilən Krım bu dəfə V. Putin-in siyasəti nəticəsində ilhaq edildi.

Üstəlik, Krımın ardınca Ukraynanın şərq regionları da Rusiyaya birləşmək üçün referendumun keçirilməsini tələb edirlər. Rusiyanın özü isə Ukrayna ilə bağlı danışıqlarda iki əsas şərt irəli sürür: Krımın Rusiyaya birləşdirilməsinin tanınması və Ukraynanın federallaşması.

Amma indi siyasətçiləri və təhlilçiləri daha çox Rusiyanın ilhaq siyasətinin başqa ölkələrə doğru genişlənməsi narahat edir. Bu, o demək deyil ki, Ukrayna artıq bitmiş məsələ hesab edilir. Yox, o, bitməyib və dünya birliyi hələ də Rusiyanın bu istiqamətdəki təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmağa cəhd edir.

Amma Rusiyanın təcavüzkar siyasətinin genişlənməsi təhlükəsi var. Bu günlərdə NATO rəsmisi bildirmişdi ki, indi Alyans qarşısında duran əsas məsələ Moldovanın təhlükəsizliyinin təmin edilməsidir. Yada salaq ki, bu ölkədə də bir real (Dnestryanı Respublika), bir də potensial (Qaqauz) etnik münaqişə ocağı var. Onların hər ikisinin lideri Krım ssenarisini təkrarlamaqda israrlıdır. Çox güman ki, hələ Moskvadan siqnal gözləyirlər.
Qazaxıstanın daha çox rus əsilli əhalisinin məskunlaşdığı şimal hissələri Rusiyanın təcavüzkar planlarının obyekti ola bilər
NATO və Qərb dövlətləri buna imkan versələr onların siyasi reputasiyası xeyli sarsılacaq və digər keçmiş sovet ölkələri bunu görərək, Rusiyaya daha möhkəm «sığınacaq».

ZORƏN DOSTLAR

Hazırda Rusiya, Belarus və Qazaxıstan arasında «yeni birliy»i imitasiya etmək cəhdləri duyulur. Ona görə «birliyi imitasiya etmək cəhdləri» deyirik ki, indiki şəraitdə Rusiya kiminləsə həqiqi və səmimi siyasi ittifaq qurmaq iqtidarında deyil, o, yalnız haranısa ilhaq edə bilər. Belə potensial ünvanlardan biri də elə Qazaxıstanın özüdür. Onun daha çox rus əsilli əhali məskunlaşan şimal hissələri Rusiyanın təcavüzkar planlarının obyekti ola bilər.

Elə Qazaxıstanı Rusiya ilə daimi «izdivac»da bulunmağa vadar edən əsas səbəb də budur. Baxmayaraq ki, bəzi rusiyalı təhlilçilər çoxdan Ukraynanı Qazaxıstanla «əvəz» etməyi təklif edirdilər. Onlar yazırdı ki, Ukrayna onsuz da nə vaxtsa Avropa ölkəsi olacaq və Rusiya bunun qarşısını ala bilməyəcək. İndi bu prosesə start verilib.
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00
Direct-ə keçid

Amma Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri də «ikili siyasi oyun» aparmaqda davam edirlər. Bunu Krımla bağlı BMT-də keçirilən səsvermə zamanı duymaq olardı. Bu ölkələrin bəzisi hətta əvvəl verdikləri birmənalı dəstək bəyanatlarından çəkinərək, BMT-dəki səsvermə zamanı bitərəf qaldılar.

Bu siyasət aydındır. Heç kim Rusiyanın «inteqrasiya planlar»ında özü üçün həqiqətən də faydalı bir şey görmür və onların perspektivinə də inanmır.

MOLLA İNSANLARI ÖLÜMDƏN NECƏ QURTARDI?
Doğrudanmı, Rusiya o qədər bərbad ölkədir ki, onun davranışını hətta «ruhi xəstələr» proqnozlaşdıra bilirlər?
Burada Molla Nəsrəddinin bir lətifəsi yada düşür. Şah meydana bir inək çıxarıb, bir-bir hamıdan onun nə olduğunu soruşurmuş. Hərə bir söz deyir və şahın əmrilə boynu vurulurmuş. Növbə Mollaya çatır. Molla bir inəyə baxır, bir də şaha və qayıdır ki, şah sağ olsun, bu, nə inəkdir, nə də başqa bir şey, Allahın bir bəlasıdır ki, keçib bizim boğazımıza...

REGİONAL DÖVLƏTDİR, AMMA...

İndi Rusiya da belədir. Qərb dövlətləri nahaq yerə onu regional güc mərkəzi adlandırır, heç bir blokun başında durmayan, qlobal ideyası olmayan dövlət kimi səciyyələndirirlər. Rusiya bəlkə həqiqətən də regional dövlətdir, amma bu, çox böyük regiondur, az qala bütün Avrasiya qitəsini və yaxud da onun çox əhəmiyyətli hissəsini əhatə edir.

M. SAAKASHVİLİ RUHİ XƏSTƏ İDİMİ?

Ötən ilin sonlarında M. Saakashvili BMT-dəki çıxışında Rusiyanı ifşa edərkən, sonuncunun nümayəndəsi Gürcüstan prezidentini «ruhi xəstə» adlandıraraq zalı tərk etmişdi. Amma həmin çıxışın üstündən heç üç ay keçmədi ki, Krım ilhaq olundu. Maraqlıdır, Rusiyanın BMT-dəki nümayəndəsi indi nə deyir? Doğrudanmı, Rusiya o qədər bərbad ölkədir ki, onun davranışını hətta «ruhi xəstələr» proqnozlaşdıra bilirlər?

O vaxt M. Saakashvili-ni qınayan tək Rusiyanın nümayəndəsi deyildi. Başqaları da, o cümlədən də digər keçmiş sovet ölkələri də Saakashvili-ni siyasətçi üçün xarakterik olmayan səmimiyyətdə məzəmmət etmişdilər. Amma zaman göstərdi ki, o, haqlı imiş...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG