Keçid linkləri

-

iPhone-u oğrulardan qoruyan «Find may iPhone» (iPhon-umu tap) xüsusiyyəti iOS 7-dəki bir qüsur nəticəsində heç bir işə yaramır.

Apple-ın «Find My iPhone xidməti» itən və ya oğurlanan iPhone-u tapmaq üçün ən mühüm alətlərdəndir. Ancaq iOS 7-dəki bir qüsur xidmətin işləməməsinə, oğruların telefonu ələ keçirməsinə səbəb olur.

Normalda bu xidmət istifadəçi Apple İD-sini və şifrəsini doğru daxil etdikdə bağlana bilir. Ancaq oğrular üçün hesabı və şifrəni bilmək çətin deyil. Belə ki, «hesabı sil» bölməsinə basdıqda telefondakı hesab silinir və «Find My iPhone» xidməti yararsız hala gəlir. Beləliklə, oğrular ələ keçirdikləri iPhonu problemsiz gizlədə bilirlər.

Apple hələ ki, bu problemi həll edə bilmir. Hələlik, tək çarə telefonun ekranında kilid qoymaqdır. Beləcə oğrular iCloud xidmətinə daxil olub, hesabı silə bilmirlər. Apple-in yaxın zamanda bir yenilənmə ilə bu problemi aradan qaldırması gözlənilir.
XS
SM
MD
LG