Keçid linkləri

Android proqram əlavələri mağazasına (Google Play Store) daxil olduğu andan böyük diqqət çəkən pulsuz antivirus funksiyasının saxta olduğu ortaya çıxdı.

Virus Shield – virusa qarşı qalxan funksiyası Google Play Store-da qısa müddətdə ən çox yüklənən funksiyalar siyahısına düşüb. O, 3.99 dollar qiymətində olub. Virus Shield-in istifadəçilərin telefonunu viruslardan qorumaqla yanaşı, batareyanın ömrünü də uzatdığı iddia edilirdi.

Lakin şikayətlərdən sonra bu tətbiqin saxta olduğu ortaya çıxıb. Bundan sonra Google bu xidməti yığışdırıb. Əgər bu xidməti yükləyənlər varsa, silməsi tövsiyə olunur.
XS
SM
MD
LG