Keçid linkləri

-
PROBLEM YOXDUR, YOXSA ONU GÖRMÜRLƏR?

İnsanlar açıq etiraf etməsələr də, hətta ən səmimi söhbətlərdə belə bir qədər örtülü saxlasalar da indi hamını bir sual düşündürür: görən, Rusiya Azərbaycana hansısa formada müdaxilə edə bilərmi? İndi heç kim bu suala birmənalı cavab vermək iqtidarında deyil.

Əsas odur ki, bunun baş verməməsi və yaxud da baş verə biləcəyi təqdirdə qarşısının alınması üçün nələri etmək lazım gəldiyi haqda düşünəsən. Siyasət elə sahədir ki, burada bütün nüanslar nəzərə alınmalıdır.

Azərbaycanın rəngarəng etnik palitrasını və bir də Qarabağ problemini nəzərə almasaq Rusiyanın birbaşa müdaxilə imkanları yoxdur. Ukraynada bir qədər fərqli situasiya hökm sürürdü. Burada rus və rus dilli əhali yaşayan böyük regionlar vardı. Azərbaycanda bu “rıçaq” özünü çoxdan tükəndirib. Amma bir məsəl var. Deyirlər ki, şeytan nə ilə zarafat etmir ki?
Azərbaycanda hakimiyyət belə hesab edir ki, onun problemi cəmiyyətlə deyil, “radikal” müxalifətlədir. Amma cəmiyyətlə problem yoxdursa onda insanlar özlərini niyə yandırırdı? Cəmiyyətlə problem yox idisə əhali Quba və İsamyıllıda nəyə etiraz edirdi?


Ona görə də tamam araxayınlaşaraq oturmaq da olmaz. İndi milli barışıq üçün əsl məqamdır. Düzdür, Azərbaycanda hakimiyyət belə hesab edir ki, onun problemi cəmiyyətlə deyil, “radikal” müxalifətlədir. Amma cəmiyyətlə problem yoxdursa onda insanlar özlərini niyə yandırırdı? Cəmiyyətlə problem yox idisə əhali Quba və İsamyıllıda nəyə etiraz edirdi?

Problem var, özü də kifayət qədər. Novruz günlərində bir iranlının dediyi sözləri hələ də unutmamışıq. O, demişdi ki, Bakıda dörd gündə xərclədiyimiz pula İranda bir il yaşaya bilərdik. Məgər bu, problem deyilmi?

Ölkə bahalıqdan, korrupsiyadan və inhisarçılıqdan dəhşətli dərəcədə əziyyət çəkir. Bütün bunlar həllini tapmalıdır. İndi hiss olunan budur ki, hakimiyyət bu məsələdə cəmiyyətlə həmrəy deyil, ona görə ki, sadalanan mənfi amillər hakimiyyətdən kənarda deyil, onun içindədir.

Dünya dəyişir. Azərbaycandakı hakimiyət isə özünü elə aparır ki, sanki bütün bunları görmür, onun fərqində deyil. Bu hakimyətin ən böyük, bəlkə də tarixi səhvidir. Ona görə ki, elə bir zaman gələcək ki, dəyişiklik tələbi onların da qapılarını döyəcək. Onda bəlkə də gec olacaq. Azərbaycan uzaq bir ada deyil.

O, dünyanı duyur və hiss edir. Amma təəssüf ki, Azərbaycan hakimiyyəti həssaslığını tam olmasa da, qismən itirib.

Heç bir avtoritar siyasi sistemin fövqəladə immuniteti yoxdur. Sadəcə, hər şey zamandan asılıdır, zamanla gəlir. Dəyişikliklərin də öz zamanı var. Onları tez hiss etdinsə zamanla ayaqlaşa biləcəksən, hiss etmədinsə zaman səndən qisasını alacaq. Ona görə də ölkədə problemin olmadığını iddia etmək böyük bir sadəlövhlükdür, problem var, sadəcə onu görümürlər...
ƏSL DEMOKRATİYA QURMAQ ÜÇÜN...

Desək ki, hakimiyət cəmiyyətə tərəf heç bir addım atmır, bu, düzgün olmazdı.

Çox kiçik bir elitanını maraqlarına ziyan vurmadan korrupsiyaya da, inhisarçılığa qarşı da müəyyən mübarizə aparılır. Bəs niyə nəticə yoxdur? Bu, elə də çətin sual deyil. Həmin kiçik siyasi elitanın maraqları o qədər böyük sahəni əhatə edir ki, istənilən mübarizə uğursuzluğa düçar olur, ona görə ki, o, ilk addımda məhz həmin elitanın maraqları ilə toqquşur.
Ölkə bahalıqdan, korrupsiyadan, inhisarçılıqdan dəhşətli dərəcədə əziyyət çəkir... Azərbaycan hakimiyəti isə özünü elə aparır ki, sanki bütün bunları görmür. Bu, ən böyük, bəlkə də tarixi səhvidir. Bir zaman dəyişiklik tələbi qapını döyəcək. Onda bəlkə də gec olacaq...


Demokratiyadan danışanda da bu məsələ ilə hesablaşmalı olursan. Hakimiyyət 93-cü ildən elə bir istiqamət götürdü ki, onun mahiyyəti demokratiya ilə ziddiyyət təşkil etdi. İndi o, hətta çalışsa da demokratiya yoluna qayıda bilmir, ona görə ki, öz mahiyyətindən imtina etməyi bacarmır.

Bu hakimiyyət nə etdi? Faktiki olaraq təkpartiyalı siyasi sistem qurdu. Hakimiyyətin bölünməsi prinsipinə zidd gedərək paralmenti və məhkəməni icra hakimiyyətinin əlavəsinə çevirdi. Siyasi partiyaları, medianı iflic etdi...

Demokratiya qurmaq üçün bütün bunlardan imtina etmək və həmin prinsipləri qaytarmaq lazımıdr. Amma bunu bacararlarmı? Bacarmırlar. 21 il avtoritar üsullarla idarə etmiş hakimyyətin birdən dönüb demokratik olacağını zənn etmək də bir sadəlövhlük olardı.

Ötən il Milli Şura demokratiyaya yumşaq keçidin yol xəritəsini hazırlamışdı.
İndi də təxminən belə bir proqram tələb olnur.

Amma bu proqram o vaxt qəbul oluna bilərdi ki, hakimiyyət bu prosesdə uduza biləcəyini də nəzərə alsın. Bunu nəzərə almaq isə olduqca çətindir. Heç də hər bir siyasi qüvvə bununla barışa bilmir. Ona görə də gec-tez, sadəcə hakimiyyətlə vidalaşmaq lazım gəlir...

Şərhləri göstər

XS
SM
MD
LG